Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1672/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs Türkiyə Respublikasının vətəndaşı Hamid Eldeleklioğlunun, X1 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarından Hamid Eldeleklioğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hamid Eldeleklioğlu şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, istifadəsində olan “AUDİ A6 minik” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobillə xx.xx.2024-cü il tarixdə Səbail rayonu ərazisində Niyazi küçəsi ilə Azneft dairəsinə doğru hərəkət edirmiş, Azneft dairəsindən Neftçilər prospekti ilə üzü Port Baku tərəfə hərəkət etmək niyyətində idi. Azneft dairəsinə yaxınlaşanda dairəvi hərəkət nişanı olduğuna görə avtomobilini dayandıraraq soldan, yəni Neftçilər prospektindən üzü Bayıl istiqamətində hərəkət edənlərə yol vermiş, solunda onunla eyni istiqamətdə hərəkət etməkdə olan "X4" markalı avtomobil də var idi, hər ikisi sol tərəfdən gələn yolun boşalmağını gözləyirdilər ki, həmin istiqamətdən gələn avtomobillərin hərəkətinə maneə yaratmasınlar. Belə ki, sol tərəfdən hərəkətinə maneə yarada biləcəkləri avtomobil olmadığına görə ilk olaraq "X4" markalı avtomobil, ardınca da o hərəkətə başlamışdır. Lakin dairəni qurtarıb üzü Port Baku istiqamətində hərəkət etmək istəyərkən YPX əməkdaşı ona saxla əmri vermiş və o da dərhal avtomobili saxlamışdır. YPX əməkdaşı bildirdi ki, dairəvi hərəkət təşkil olunmuş yerdə o hərəkət üstünlüyü olan avtomobillərə yol verməmiş və bununla qaydanı pozmuşdur. Bütün bunlara baxmayaraq YPX əməkdaşı barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib etdi və həmin protokol əsasında da xx.xx.2024-cü il tarixdə TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edildi. Ohəmin qərardan Səbail Rayon Məhkəməsinə şikayət etmiş və məhkəmə video görüntüyə baxaraq onun qayda pozmadığını müəyyən etdi. Bu səbəbdən də şikayətim qismən təmin edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5nin 05 iyun 2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinə göndərilməsi qərara alınmışdır. Amma Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsi heç bir araşdırma aparmadan, onu dəvət edib izahatını almadan İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilməyinə dair xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar qəbul etmişdir. Polis mayoru Himmət Paşazadə öz kabinetindən kənara belə çıxmadan, heç bir prosessual hərəkət etmədən əvvəlki qərarının mətnini olduğu kimi saxlayaraq sadəcə onun tarixi və nömrəsini dəyişmişdir. Halbuki, məhkəmə qərarında yenidən araşdırma aparılmasının və onun xətanı törətməyimə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməsinin zəruriliyi vurğulanmışdır. Amma TP seriyalı ******* nömrəli qərarda məhkəmə tərəfindən ləğv edilən qərarda göstəriləndən fərqli bir sübut növü öz əksini tapmamışdır. Başqa sözlə desək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsi əvvəlki qərarın qəbul edilməsinə əsas olan sübutlar əsasında yeni qərar qəbul etmişdir. Halbuki, məhkəmə həmin sübutları mənim sözügedən inzibati xətanı törətməkdə təqsirim olduğunu müəyyən etmək üçün yetərli hesab etməmişdir. Göstərilənlərə əsasən TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs Hamid Eldeleklioğlu oğlu şikayətini müdafiə edərək protokolun haqsız yerə tərtib edildiyini və qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Baş X5 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Baş X5 İdarəsinin göndərilməlidir. Belə ki, iş materillarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərardan görünür ki, Hamid Eldeleklioğlu xx.xx.2024-cü il tarixdə saat 13:30da Bakı şəhəri, Səbail rayonu, “Azneft” dairəsində idarə etdiyi “AUDİ A6 minik” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1,1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materillarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərardan görünür ki, Hamid Eldeleklioğlu həmin qərarla xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən cərimələnmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-1456/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin X5 İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs istifadəsində olan "Audi A6 MİNİK" markalı, 99PG258 dövlət qeydiyyat nişanlı avtomobillə Azneft dairəsinə yaxınlaşanda dairəvi hərəkət nişanı olduğuna görə avtomobilii dayandıraraq soldan, yəni Neftçilər prospektindən üzü Bayıl istiqamətində hərəkət edənlərə yol verdi, solunda onunla eyni istiqamətdə hərəkət etməkdə olan "X4" markalı avtomobil də var idi, hər iki avtomobil sol tərəfdən gələn yolun boşalmağını gözləyirdilər ki, həmin istiqamətdən gələn avtomobillərin hərəkətinə maneə yaratmasınlar. Sol tərəfdən hərəkətinə maneə yarada biləcək avtomobil olmadığına görə ilk olaraq "X4" markalı avtomobil, ardınca da o, hərəkətə başladı. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:30-da “AUDİ A6 minik” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Səbail rayonu, “Azneft” dairəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Hamid Eldeleklioğlu oğlu barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar yenidən araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar təkrarən diqqətlə araşdırılmamış və inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən Hamid Eldeleklioğlunun iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi işə baxarkən nəqliyyat vasitəsinin Hamid Eldeleklioğlu tərəfindən idarə edilməsi, habelə inzibati xətanın Hamid Eldeleklioğlu tərəfindən inzibati xətanın törədilibtörədilməməsi araşdırılmamışdır. Bu səbəbdən istinad edilən inzibati xətanın mövcud olubolmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hamid Eldeleklioğlunun şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1672/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1672/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver