Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1673/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, "xxxx"MMC-nin nümayəndəsi X1 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 09 sentyabr 2022-ci il tarixli 389 nömrəli yanğınların tədqiqatı və sınaq laboratoriyası protokolundan, 29 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan, 27 sentyabr 2022-ci il tarixli, 00002 saylı məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi haqqında qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx"MMC-nin nümayəndəsi X1 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 09 sentyabr 2022-ci il tarixli 389 nömrəli yanğınların tədqiqatı və sınaq laboratoriyası protokolunun, 29 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolunun, 27 sentyabr 2022-ci il tarixli, 00002 saylı məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəlləsidir. Həmçinin şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması ilə əlaqədar vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci və 132.2-ci maddələrinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olubolmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, hazırkı şikayət ona əlavə edilmiş sənədlərdlə birlikdə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü, 132.1.1-ci və 132.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx"MMC-nin nümayəndəsi X1 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 09 sentyabr 2022-ci il tarixli 389 nömrəli yanğınların tədqiqatı və sınaq laboratoriyası protokolundan, 29 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan, 27 sentyabr 2022-ci il tarixli, 00002 saylı məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1673/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1673/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver