Məhkəmə qərarları › İş №3(009)-1673/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1673/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1673/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Tural Aşurov tərəfindən tərtib edilmiş 24 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1659/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrlü səbəb olmadan icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1659/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 28.800 (iyirmi səkkiz min səkkiz yüz) manat tutularaq X1 ödənilməlidir. Tələbkar tərəfindən ödənilmiş dövlət rüsumunun 176.4 (bir yüz yetmiş altı manat, qırx qəpik) manatı Şəxs tutularaq X1 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra dövlət orqanlarına və müxtəlif bank təşkilatların sorğu ilə müraciət edilmişdir. Lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. “Elektron icra” sistemində borclunun İİ qrup üzrə əlilliyə görə 363.86 manat məbləğində pensiya aldığı müəyyən edilmişdir. 2024-cü ilin may ayından başlayaraq hər ay borclunun pensiyasının 50%-i, yəni 181,93 manat tutularaq tələbkarın xeyrinə ödənilmişdir. Lakin tələbkar xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclunun pensiyasından hər ay tutulan məbləğlə razı olmadığını və onun barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclunun yaşayış yeri məlum olmadığından onun barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün aidiyyatı polis orqanlarına göndərilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə şöbəyə gəlmiş və ondan izahatı alınmışdır. İzahatında icra sənədindən xəbərdar olduğunu, işləmədiyini, yeganə gəlir yerinin pensiyası olduğunu bildirmiş, həmçinin özünündə başqa bir adamdan alacağı olduğunu qeyd etmişdir. Həmin pulu alacağı təqdirdə hamısını tələbkarın xeyrinə ödəyəcəyini bildirmişdir. Borclunun bugünə olan borcu 28430,61 manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam şəkildə təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və borcu ödəməkdən yayınmır, lakin hazırda borcu tam şəkildə ödəmək iqtidarında deyil, heç bir yerdə işləmir. 2-ci qrup əlildir, əlilliyə görə pensiya alır, borcun tutulması pensiya məbləğinə yönəlmişdir. Arif adlı şəxsdən ona evin müqabilində ödədiyi 17000 manatı ala bilmir, o pul ona ödənilən kimi o da tələbkarın pulunu qaytaracaq. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)- 1659/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 28.800 (iyirmi səkkiz min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun 176.4 (bir yüz yetmiş altı manat, qırx qəpik) manatı tutularaq X1 ödənilməlidir. İş materiallarına əlavə olunmuş icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1659/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1659/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə bildiriş Şəxs göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, borclu, xx.xx.1968-ci il təvəllüdlü Beyləqan rayonu, Milabad qəsəbə Ə/D, Milabad qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilərək icra olunması üçün Beyləqan rayonu polis Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 215688 saylı Vəsiqədən görünür ki, Şəxs 2-ci qrup əlildir. İş materiallarına əlavə olunmuş “Elektron məhkəmə informasıya sistemindən çıxarış”dan görünür ki, Şəxs 2-ci qrup əlilliyə görə 363.86 manat pensiya alır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1659/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 28.800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində borc və 176.4 (bir yüz yetmiş altı manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq X1 ödənilməlidir. Borclu maddi vəziyyətinə görə icra sənədi üzrə öhdəliyini icra edə bilmədiyini bildirmişdir. Hazırda borclu məhkəmə iclasında borcunu hissə-hissə ödəyə biləcəyini, hər ay pensiyasından 181,93 manat tutularaq tələbkarın xeyrinə ödənildiyini bildirmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasının tam təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü və tutarlı səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, eyni zamanda 2-ci qrup əlil olduğundan barəsində inzibati həbs tətbiq edilə bilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsili bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 700 manat həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar