Məhkəmə qərarları › İş №3(009)-1673/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1673/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1673/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ/26785849 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ/26785849 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Daha sonra şikayətçi Turqut Gülümov xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar artıq ləğv edildiyindən və müvafiq qərar üzrə hər hansı şikayəti qalmadığından şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin Turqut Gülümovun xx.xx.2025-ci il tarixli ərizəsini araşdıraraq hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ/26785849 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ/26785849 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar