Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1674/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, mühafizəçi işləyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB-si tərəfindən tərtib edilmiş 17 oktyabr 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Səbail rayonu, T.Əliyarbəyov küçəsində gecə saat 01:15 radələrində polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək tabesizlik göstərdiyinə görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXMnin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi, polis baş leytenantı X4 protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 17 oktyaabr 2022-ci il tarixdə T.Əliyarbəyov küçəsində avtomobili ilə hərəkətdə olarkən bir nəfər sürücü ani şəkildə qarşısına çıxaraq dönmə etməyə çalışmış, o və digər sürücülər siqnal verdikdə o şüşəni açaraq əl-qol hərəkətləri ilə gözləyin demişdir. Buna görə aralarında mübahisə yaranmış və həmin vaxt ora polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onun yaxasından tutarq kənara çəkmişlər, lakin o, insanların içində heç kimə söyüş söyməyib və heç kimi vurmayıb. Ancaq avtopatrulla polis bölməsinə aparılarkən avtomobildə olarkən söyüş söymüşdür. Boşandığını, bir az yaşlı övladı olduğunu və uşağa görə aliment ödədiyini, atasının infarkt keçirdiyini bildirərək evdə narahatlıq olmaması üçün barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid izahatında bildirmişdir ki, parkovşik işləyir, 17 oktyabr 2022-ci il tarixdə T.Əliyarbəyov küçəsində avtomobillə hərəkət edərkən Şəxs yol istəmiş, o, isə yol vermədiyi üçün aralarında mübahisə baş vermişdir, ona görə də oraya insanlar toplaşmışdır. Bir az sonra polis əməkdaşları da gəldi. Həmin şəxs polislərlə mübahisə etməyə başladı, ancaq nalayiq ifadələr işlətdiyini eşitməmişdir. Məhkəmə iclasında iştirak edən şahid Səbail RPİ-nin PPX bölüyünün polis nəfəri X5 ifadəsində bildirmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə təxminən 01:15 radələrində Səbail rayonu, T.Əliyarbəyov küçəsində xidmətdə olarkən 2 nəfər şəxsin mübahisə etdiklərini görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsləri sakitləşdirməyə çalışaraq, onları nizam-intizama dəvət etsələr də barəsində protokol tərtib edilmiş şəxs onu itələyərək "get işinlə məşğul ol" deyərək nalayiq ifadələr işlətmişdir. Həmin şəxsə xəbərdarlıq etsələr də o, onlara məhəl qoymamışdır. Onu avtopatrula əyləşdirmək istədikdə yenə də onların qanuni tələblərinə tabesizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən şahid Səbail RPİ-nin PPX bölüyünün polis nəfəri X1 RPİ-nin PPX bölüyünün polis nəfəri X3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərərk onu dediklərini təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 oktyabr 2022-ci il tarixdə, saat 01:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan raportdan görünür ki, 17 oktyabr 2022-ci il tarixdə təxminən 01:15 radələrində T.Əliyarbəyov küçəsində xidmətdə olarkən 2 nəfər şəxsin mübahisə etdiklərini görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsləri nizamintizama dəvət etsələr də Şəxs onlara qarşı nalayiq ifadələr işlətmişdir. Həmin şəxsə xəbərdarlıq etsələr də o, onlara məhəl qoymamışdır. Onu sakitləşdirərək avtopatrula əyləşdirmək istədikdə yenə də onların qanuni tələblərinə tabesizlik göstərmişdir. İş materiallarında olan videogörüntüyə məhkəmə iclasında baxış keçirlərkən müəyyən olunmuşdur ki, Şəxs polisin qanuni tələbinə tabe olmur və polis nəfərini itələyib ona əl-qol atır. Səbail RPİ-nin 9-cu Polis Bölməsində çəkilmiş videogörüntüdən görünür ki, Şəxs inzibati binada olarkən bölmənin iş rejimini pozaraq səs-küy salır. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsdə saxlama müddətinin əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 53, 88, 114.1.1, 115, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1674/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1674/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver