Məhkəmə qərarları › İş №3(009)-1675/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1675/2020

16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1675/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs “xxxxxx” MMC-nin direktoru X1ümayəndəsi və vəkili X5, Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN 00462453 saylı qərarının ləğv edilməsinə dair “xxxxxx” MMC-ninxxxxxx” MMC-nin direktoru X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxx” MMC-nin rəhbəri X19 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN 00462453 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək müvafiq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “xxxxxx” MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan “xxxxxx” MMC tərəfindən inzibati qaydada şikayət verilmiş, Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, QYB - 007/20 nömrəli qərarı ilə xxxxxx MMC-nin inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməmişdir. İlk öncə qeyd edir ki, inzibati xəta haqqında protokol “xxxxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş, həmin protokolun surəti də “xxxxxx” MMC-yə təqdim edilməmişdir. Bildirir ki, tərəfindən heç bir inzibati xətaya yol verilməmişdir. DƏMX tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən pozuntuya yol verilmiş, “xxxxxx” MMC-nin iştirakı və məlumatı olmadan inzibati protokol tərtib edilmiş, həm inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, həm də “xxxxxx” MMC-nin şikayətinə baxılarkən inzibati xəta haqqında iş və şikayət tam araşdırılmamış, xxxxxx MMC-nin xxxxxx X12 ilə bağlanmış xidmət müqaviləsinə mahiyyəti üzrə qiymət verilmədən hər hansı qanunvericilik normasına istinad edilmədən məsələyə səthi yanaşılmaqla qərar qəbul edilmişdir. Belə ki, “xxxxxx” MMC ilə xxxxxx X12 arasında xx xxxxxx 2019-cu il tarixdə xidmət müqaviləsi bağlanmış, həmin xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən X12 (“xxxxxx”) xxxxxx MMC-nin sifarişləri əsasında çatdırılma xidmətini həyata keçirməyi, “xxxxxx” MMC isə hər icra edilmiş çatdırmaya görə xxxxxxya 15 (on beş) manat məbləğində xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, “xxxxxx” MMC ilə xxxxxx arasında bağlanmış xidmət müqaviləsi əmək münasibəti yaratmamış, həm xidmət haqqının ödənilməsi qaydası, həm də iş vaxtı, iş yeri kimi əmək qanunvericiliyi ilə əmək münasibətlərinin yaranması üçün əsas tələblər qismində çıxış edən hallar mövcud olmamış, müqavilə tərəfləri arasında mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mülki-hüquqi müqavilə üzrə münasibətlər yaranmışdır. Bundan başqa, xidmətin nəticələri vergi qanunvericiliyinə uyğun olaraq akt əsasında təsdiq olunmuş, təqvim ayı ərzində hər yerinə yetirilmiş xidmətə görə ayrılıqda hesablanmaqla aylıq xidmət haqqı məbləği formalaşdırılmaqla həmin ay üzrə akt əsasında xidmət haqqı ödənilmişdir. Bildirir ki, DƏMX məsələni araşdırarkən qeyd olunan halların heç birini araşdırmamış, həmin anda qüvvədə olan xidmət müqaviləsi ilə görünən odur ki, əyani tanış olmamış yalnız mülahizələrə əsasən qərar qəbul etmişdir. Qeyd edilməlidir ki, DƏMX-nin “xxxxxx” MMC-yə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh verməsinə baxmayaraq həmin normanın şəxsin əmək müqaviləsi bağlanmadan əmək münasibətinə cəlb edilməsi ilə bağlı olmasına qəsdən və ya ehtiyatsızlıqdan diqqət etməmiş və hüquqi əsası olmayan qərar qəbul etməklə “xxxxxx” MMC-nin hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İXM 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini inzibati xəta kimi qiymətləndirmişdir. Bununla da aydındır ki, həmin xəta üzrə məsuliyyətin yaranması üçün əmək müqaviləsi - əmək münasibəti mövcud olmalı, və işəgötürən müvafiq əmək müqaviləsinin Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq elektron informasiya sistemindən qeydiyyata alınmasından yayınmalıdır. Həmçinin bildirir ki, Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyi barədə qəbul edilmiş qərara əsasən “xxxxxx” MMC-yə maliyyə dəstəyinin ayrılmasını və “xxxxxx” MMC-nin koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş vergi ödəyici olması nəzərə alınmadan səthi araşdırma ilə əsassız inzibati cərimənin tətbiq edilməsini düzgün hesab etmir və müvafiq sanksiyanın əsassız tətbiq edilməsi ilə əlaqədar DƏMX-nin qərarının koronavirus (COVİD-19) pandemiyasının yayıldığı şəraitdə onun təsirinə məruz qalmış vergi ödəyicilərinə dəstək verilməsi ilə bağlı dövlət siyasətinə tamamilə zidd olduğunu, müvafiq sahədə dövlət tərəfindən atılmış müsbət addımlara kölgə saldığını düşünür. Aydın olduğu kimi Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən X11 Cəmiyyəti barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilməsinə, həmçinin müvafiq protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə dair hər hansı əsas mövcud deyildir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “xxxxxx” MMC barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN 00462453 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək müvafiq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi “xxxxxx” MMC-nin nümayəndəsi və vəkili X13 şikayəti müdafiə edərək Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “xxxxxx” MMC-nin direktoru X2 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN 00462453 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək müvafiq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X17 şikayətə etiraz edərək göstərmişdir ki, “xxxxxx” MMC-nin rəhbəri X14 şikayəti əsasında Dövlət Əmək Müfəttişliyində araşdırma aparılmış və onun şikayətinin rədd edilməsi barədə xx xxxxxx 2020ci il tarixdə qərar qəbul edilmişdir. Hesab edir ki, hazırda şikayətin təmin edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Dövlət Əmək Müfəttişliyi Xidmətinin tərəfindən “xxxxxx” MMC-nin direktoru X2barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN 00462453 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni hesab edilməsi və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “xxxxxx” MMC-nin direktoru X2 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN 00462453 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Əmək Müfəttişliyi Xidmətinin tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X12 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən “xxxxxx” MMC-nin direktoru X3tərəfindən xitmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli xidmət müqaviləsindən görünür ki, “xxxxxx” MMC-nin rəhbəri X3 ilə X12 arasında xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sifarişçinin uzunmüddətli tapşırığı əsasında ona tapşırıqda və ya şifahi olaraq (şəxsən və ya telefonla) göstərilən ünvanlara çatdırılması üçün kuryer xidmətləri göstərməyi, sifariş edilən yeməklərin və içkilərin göstərilən ünvana ona təhvil verilən şəkildə çatdırmağı öhdəsinə götürmüşdür. Sifarişçi isə müqaviləyə əsasən icra edilmiş çatdırmaya görə 15 (on beş) manat məbləğində xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli “xxxxxx” MMC-nin X8 rəsmi xəbərdarlığından görünür ki, “xxxxxx” MMC ilə Ümüd Qədirli arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli xidmət müqaviləsinin 5-ci maddəsinə əsasən, xx xxxxxx 2019-cu il tarixdən etibarən qüvvədə olan xidmətlərin göstərilməsinə haqqında müqaviləyə xitam veriləcəkdir. İşə əlavə edilmiş “xxxxxx” MMC-nin direktoru X3 ilə X12 arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən 2019-cu ilin dekabr ayı ərzində xxxxxx sifarişçi tərəfindən tapşırıldıqda və ya şifahi olaraq göstərilən ünvanlara vaxtında məhsulu keyfiyyət standartlarına uyğun olaraq çatdırılması üçün kuryer xidmətləri göstərmək və sifariş edilən yeməklərin və içkilərin göstərilən ünvana ona təhvil verilən şəkildə çatdırılma xidməti tam həcmdə təqdim edilmişdir. İşə əlavə edilmiş X10 Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyinə xx.xx.2019-cu il tarixli müraciətindən görünür ki, onun “xxxxxx” MMC-nə məxsus moped və mopedi idarə edən kuryer onun idarə etdiyi avtomobili vurmuş, “xxxxxx” dönər şirkətinin rəhbəri İlqar bəylə görüşmüş və İlqar bəy ona bildirmişdir ki, onlar həmin işçini 3 günlük sınaq müddəti ilə işə götürmüşlər və aralarında heç bir müqavilə yoxdur. İşə əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, “xxxxxx” MMCnin rəhbəri X3 ilə X12 arasında 1 (bir) il müddətinə, yəni xx.xx.2020-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi bağlanmış və işə götürən həmin müqaviləyə əsasən Ümüd Qədirliyə aylıq 300 (üç yüz) manat əmək haqqı ödəməsini öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Əmək Müqaviləsinin bağlanması ilə bağlı X4 görünür ki, “xxxxxx” MMC-nin rəhbəri X3 ilə X12 arasında 1 (bir) il müddətinə, yəni xx.xx.2020-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək bağlanmış əmək müqaviləsi həmin tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında xx.xx.2020-ci il tarixli, QYB – 007/20 saylı qərardan görünür ki, “xxxxxx” MMC-nin direktoru Tomris Doğan barəsində Azərbaycan Respublikasın Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətin (bundan sonra “Xidmət”) Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında X16 verdiyi şikayət təmin edilməmiş və İnzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci i! tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qanunvericilik özü-özlüyündə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati qaydada tənbehin tətbiq edilməsini ehtiva edir. Hazırki işdən isə görünür ki, xx xxxxxx 2019-cu il tarixdə “xxxxxx” MMC-nin rəhbəri X3 ilə X12 arasında xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sifarişçinin uzunmüddətli tapşırığı əsasında ona tapşırıqda və ya şifahi olaraq (şəxsən və ya telefonla) göstərilən ünvanlara çatdırılması üçün kuryer xidmətləri göstərməyi, sifariş edilən yeməklərin və içkilərin göstərilən ünvana ona təhvil verilən şəkildə çatdırmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən icra edilmiş çatdırmaya görə 15 (on beş) manat məbləğində xidmət haqqı ödəməyi sifarişçi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi kuryer xidmətinin aparılması üçün tərəflər arasında əmək müqaviləsi deyil, xidməti müqaviləsi bağlanmışdır. Halbuki, qeyd edilən xidmət müqaviləsi əmək münasibəti yaratmır. Başqa sözlə həmin xidmət müqaviləsinin elektron informasiya sistemində qeydiyyata alınması zərurəti yaranmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin 1-ci hissəsinə əsası əmək müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla ba elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və İ barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvə minir. Həmçinin qeyd edilməlidir ki, həm xidmət haqqının ödənilməsi qaydası, həm də iş vaxtı, iş yeri kimi əmək qanunvericiliyi ilə əmək münasibətlərinin yaranması üçün əsas tələblər qismində çıxış edən hallar mövcud olmamış, müqavilə tərəfləri arasında mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mülki-hüquqi müqavilə üzrə münasibətlər yaratmışdır. Bundan başqa, xidmətin nəticələri vergi qanunvericiliyinə uyğun olaraq akt əsasında təsdiq olunmuş, təqvim ayı ərzində hər yerinə yetirilmiş xidmətə görə ayrılıqda hesablanmaqla aylıq xidmət haqqı məbləği formalaşdırılmaqla həmin ay üzrə akt əsasında xidmət haqqı ödənilmişdir. Bundan əlavə məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında əmək müqaviləsinin yaranması o, vaxt öz təsdiqini tapmış olardı ki, görülən xidmətin müqabilində sifarişçi kuryerə aylıq əmək haqqı cədvəlinə uyğun ödəniş etmiş olsun. Hazırki işdə isə tərəflərdən xidmətin aylıq ödənilməsinə dair, yəni əmək haqqı cədvəlinə dair heç bir rəsmi sənəd təqdim edilməmişdir. Halbu ki, iş materiallarında olan akt bütün şübhələri aradan qaldırır. Bu hal isə özü-özlüyündə bir daha görülən işlərə dair xidmət haqqının xidmət müqaviləsinə uyğun olaraq, yəni hər icra edilmiş çatdırmaya görə 15 (on beş) manat ödənilməsini bir daha sübut edir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2 və 100.3-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Hazırki işdə isə Dövlət Əmək Müfəttişliyi Xidmətin tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş və imza qrafası imzalanmamışdır. Bu hal isə hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin işitrakını istisna edir. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilən zaman qanunun qeyd edilən tələblərinə riayət edilməmiş və nəticədə “xxxxxx” MMC-nin rəhbəri X19 qanunla müəyyən edilmiş hüquqlardan istifadə edə bilməmişdir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs “xxxxxx” MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Beləliklə, məhkəmə vurğulayır ki, “xxxxxx” MMC-nin rəhbəri X14 təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsindəqeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işin faktiki hallarına əsaslanmadan “xxxxxx” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs “xxxxxx” MMC-ninrəhbəri X2şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxx 2020-ci il tarixli, MN 00462453 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxxx” MMC-nin direktoru X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxx 2020-ci il tarixli, MN 00462453 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsivə ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar