Məhkəmə qərarları › İş №3(009)-1677/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1677/2021

27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1677/2021 27.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli 00100-1567/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 174, mənzil M15, ev 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 99SM830/99ZK830 nömrəli avtonəqliyyat vasitəsi ilə, İHR**********052 saylı 20.05.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********4870 sorğu nömrəli 22.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük organına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, XİF MN üzrə "**********” saylı kod altında “5” %, ********** və ********** saylı kod altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinin X1 İdarəsi tərəfindən dəgigləşdirilməsinə ehtiyac yaranmışdır. X1 İdarəsindən gələn 2200-015/002-25/003882 saylı, 04.08.2021-ci il tarixli cavab məktubuna əsasən malın XİFMN üzrə “**********, **********, 320490000” alt yarımmövgeyində “15%” gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi, nəticədə, **********4870 sorğu nömrəli 22.07,2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təgdirdə Şəxs MMC tərəfindən idxal gömrük rüsumu üzrə 5482.22 azn, ƏDV üzrə 986.8 azn olmağla, ümumilikdə 6469,02 azn əlavə gömrük ödənişlərinin ödənilməli olduğu müəyyən edilmişdir. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 05.04.2021-ci il tarixdə ölkə ərazisinə idxal edilmiş və **********2010 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların da XİF MN üzrə kodu gömrük orqanına düzgün bəyan edilməmiş və ümumilikdə 10983,95 manat gömrük ödənişlərinin ödənilməsindən yayınılmış, lakin, AR İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş əməl ilk dəfə törədildiyindən və ödənilməli olan əlavə gömrük ödənişləri ödənildiyindən Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına Bakı Baş Gömrük İdarəsinin 00100/0817 nömrəli 28.04.2021-ci il tarixli Qərarı ilə xitam verilmişdir. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlagədar Şəxs MMC-nin direktoru olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmış, o, izahatında Türkiyə Respublikasından Şəxs MMC-nin adına 99SM830/99ZK830 nömrəli avtonəgliyyat vasitəsi ilə, İHR**********052 saylı 20.05.2021-ci il tarixli invoys sənədi ilə idxal edilmiş yüklərin göndərən şirkətin təqdim etdiyi müşayiət sənədləri əsasında **********4870 sorğu nömrəli 22.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edildiyini, X1 İdarəsinin laboratoriya şəritində malların analizini aparmaq səlahiyyətinin olmadığını, sözügedən malları gömrük nəzarətindən çıxarmaq və satışını həyata keçirmək üçün gömrük ödənişlərini ödəmək istədiyini, lakin, sonra məhkəmə prosesində qeyd olunan məsələni mübahisələndirmək niyyətində olduğunu bildirmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322-326-cı maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gömrük ekspertizasının aparılması Qaydaları”nın təsdig edilməsi hagqında 27 avqust 2013-cü il tarixli 232 nömrəli gərarına əsasən Dövlət Gömrük Komitəsi X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasına idxal və ixrac olunan malların aidiyyətinin, tənifat kodunun müəyyənləşdirilməsindən ötrü ekspertiza tədqiqatı aparıla bilər. Beləliklə, aparılmış araşdırma nəticəsində Türkiyə Respublikasından Şəxs MMC-nin adına 99SM830/99ZK830 nömrəli avtonəqliyyat vasitəsi ilə, İHR**********052 saylı 20.05.2021-ci il tarixli invoys sənədi ilə idxal edilmiş və **********4870 sorğu nömrəli 22,07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş malların XİF MN kodlarının düzgün bəyan edilməməsi nəticəsində MMC tərəfindən ümumilikdə 6469,02 azn gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 99SM830/99ZK830 nömrəli avtonəqliyyat vasitəsi,İHR**********052 saylı 20.05.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yük **********4870 sorğu nömrəli, 16.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, XİF MN üzrə “**********" saylı kod altında “5” %,**********,********** saylı kod altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinin X1 İdarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. X1 İdarəsindən gələn 2200-015/002-25/003882 saylı, 04.08.2021- ci il tarixli cavab məktubuna əsasən malın XİFMN üzrə “**********, **********, 320490000” alt yarımmövqeyində “15%” gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi məlum olmuşdur. **********4870 sorğu nömrəli 22.07.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 5482.22 azn, ƏDV üzrə 986.8 azn təşkil edir. İş materiallarında olan 00100/0817 nömrəli 28.04.2021-ci il tarixli İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ilk dəfə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100-0796/21 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 6469.02 (altı min dörd yüz altmış doqquz manat iki qəpik) AZN məbləğində gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 4528.31 (dörd min beş iyirmi səkkiz manat otuz bir qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar