Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1677/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: "xxxx" MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 27 iyun 2024-cü il tarixli, № 00100-01587/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. "xxxx" MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 27 iyun 2024-cü il tarixli, № 00100-01587/24 nömrəli inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)–1552/24 saylı qərardadına əsasən inzibati protokolun tərtib olunduğu yer üzrə baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq hüquqi şəxs tərəfindən gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsi, yəni qısa idxal bəyannaməsinin təqdim edilməməsi faktı "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1tors” MMC qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi hüquqi ünvanında müvafiq tədbir görməməklə (burada, müvafiq qısa idxal bəyannaməsini təqdim etməməklə) hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanında baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri "xxxx" MMC-nin hüquqi ünvanının olduğu yerdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. Yuxarıda qeyd edilən hallara Sumqayıt Şəhər Məhkəməsinin qərardadında qiymət verilmədiyindən, məhkəmənin qərarındakı həmin mövqe ilə razılaşmaq olmaz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 106.0.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Sumqayıt Şəhər Məhkəməsindən daxil olmuş "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1677/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1677/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver