Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1679/2021 27.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, X1 vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Masallı Regional Ərazi Şöbəsinin inzibati tənbeh vermə haqqında 30 iyul 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X9 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X15 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 17 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X13 "xxxx" MMC-də əmək müqaviləsi olmadan iş və xidmətlərə cəlb edilməsi ilə bağlı müxtəlif orqanlara şikayətlər ünvanlamışdır. X14 tərəfindən (bundan sonra "DƏM") "xxxx" MMC-də X3 müraciəti əsasında araşdırma başlanılmışdır. Sonradan X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Masallı regional ərazi şöbəsinə müraciət ünlanlayaraq şikayətini geri götürdüyünü, həmin müraciətinə baxılmasının dayandırılmasını və baxılmamış saxlanılmasını xahiş etsə də, onun müraciəti əsasında araşdırma aparılması davam etdirilmişdir. Qeyd edildiyi kimi X3 şikayəti əmək müqaviləsi olmadan iş və xidmətlərə cəlb edilməsi barədə olmuşdur. 22 iyul 2021-ci il tarixdə DƏM tərəfindən araşdırma ilə bağlı "xxxx" MMC barəsində ******* saylı protokol. X16 (bundan sonra “Şikayətçi”) barəsində isə ******* saylı protokol tərtib edilmişdir. 30 iyul 2021-ci il tarixdə isə Şikayətçi barəsində tərtib edilmiş ******* saylı protokol əsasında İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci maddəsinin pozulması əsası ilə Şikayətçiyə 4000 AZN məbləğində cərimənin tətbiq olunması barədə DƏM tərəfindən ******* saylı qərar (bundan sonra "Qərar”) qəbul edilmişdir. Şikayətçi olaraq DƏM tərəfindən qəbul edilmiş Qərarın tam qanunsuz və əsassız olduğunu hesab edir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan X2" 20 oktyabr 2015-ci il tarixli qanuna (bundan sonra “X2 Qanun") əsasən 1 noyabr 2015-ci il tarixdən etibarən 2 il ərzində sahibkarlıq sahəsində aparılan maddəsində göstərilir ki, bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması Hə aparılan yoxlamaların hüquqi nəticəsi voxdur. Həmir qanunun 2ci maddəsinə əsasən yoxlamaların dayandırılması müddətində yalnız siyahısı Prezident tərəfindən müəyyən edilmiş yoxlamalar və Prezident tərəfindən müəyyən edilmi məhdudiyyətlər çərçivəsində aparıla bilər. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan X2” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq bəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə 26.10.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş və aparılmasına icazə verilən yoxlamaların müvafiq siyahısının (bundan sonra “Siyahı”) 1.1-1.6-cı bəndlərində DƏM tərəfindən aparılan yoxlama heç bir halda həmin Siyahıya daxil deyildir. Siyahının 2-ci bəndinə əsasən həmin Siyahıya daxil olmayan lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Göründüyü kimi Şikayətçi barəsinə yoxlama üçüncü şəxsin pul tələbi əsasında aparıldığından heç bir halda “insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan" hal kimi qiymətləndirilə bilməz. Hətta belə olsa belə DƏM yenə də yalnız İqtisadi İnkişaf Nazirlinin razılığı ilə yoxlama apara bilərdi ki. belə bir razılıq barədə məlumat yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki. DƏM tərəfindən aparılan yoxlama X2 Qanunun tələblərini pozduğu üçün həmin qanunun 3.1-ci maddəsinə əsasən həmin yoxlamanın nəticəsi olaraq qəbul edilmiş Qərarın heç bir hüquqi qüvvəsi yoxdur. X2 Qanunun 2.3-cü maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu (bundan sonra “X12”) ilə tənzimlənir. Fərz etsək ki, DƏM-in apardığı yoxlama X2 Qanunun müddəalarına uyğun olaraq aparılıb, yenə də həmin yoxlama X10 tələblərinə cavab verməli idi. Halbuki, DƏM yoxlamam müvafiq prosedur qaydalarını pozaraq aparmışdır. Belə ki, hər şeydən əvvəl X8 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar əsasən həmin qanunun tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. DƏM müvafiq yoxlamam yoxlamaların müvafiq reyestrində qeydiyyata aldırmadan aparmışdır. Əks halda həmin qanunun 20.1-ci maddəsinə əsasən yoxlamaların müvafiq reyestrindən çıxarış yoxlamanın aparılması barədə qərarla birlikdə Şikayətçiyə təqdim edilməli idi. Halbuki, bu sənədlərin heç biri Şikayətçiyə təqdim edilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, DƏM-in apardığı yoxlama X8 müəyyən etdiyi prosedur qaydalarının kobud pozulması ilə müşayiət olunmuş və bununla da həmin qanunun 3.2-ci maddəsinə əsasən həmin yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. Digər tərəfdən DƏM şikayətçinin həqiqətən əmək müqaviləsi olmadan çalışdırılması ilə bağlı heç bir əsaslı dəlilə sahib deyil. Dolayısı ilə inzibati xəta hadisəsi ümumiyyətlə mövcud deyil XM-nin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq DƏM tərəfindən qəbul edilmiş ******* saylı, 30 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili Vəkil, X13 "xxxx" MMC-də əmək müqaviləsi olmadan iş və xidmətlərə cəlb edilməmiş, yalnız test sürüşü keçirilmiş onun bacarıqları qane edici olmadığından onunla əmək müqaviləsi bağlanılmamışdır. Şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş ******* saylı, 30 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalı, qərar ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Masallı Regional Ərazi Şöbəsinin 30 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X6 Məcəlləsinin 44,47,49-cu maddələrinin tələblərini pozaraq X13 ilə əmək müqaviləsi bağlamadan iş və xidmətlərə cəlb etmişdir. X4 AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 4000 (dörd min) manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Aqropark-Yaşıl ADA" MMC-nin direktoru X15 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Masallı Regional Ərazi Şöbəsinə ünvanlanmış 08 iyul 2021-ci il tarixli 14/2021 saylı məktubdan görünür ki, X13 "xxxx" MMC-də işləmir və heç bir zaman da işləməmişdir. Belə ki, adı çəkilən şəxs daha əvvəl traktor sürücüsü kimi işə qəbul olunmaq məqsədi ilə şirkətə müraciət etmiş, onun ABŞ-dan idxal edilən “John Deere” texnikasını idarə etməyi bacarıb-bacarmadığını yoxlamaq üçün həmin texnika ona həvalə edilmiş, test sürüşü zamanı onun bacarıqları qane etmədiyindən işə qəbul edilməmişdir. Üzərindən bir müddət sonra həmin şəxsin şirkət barədə anlaşılmaz şəkildə şikayətlər yazdığını eşitmişlər. İş materiallarında olan X7 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, "xxxx" MMC-də traktor sürücüsü vəzifəsinə iş\ qəbul olunmamışdır. “Aqropark-Yaşıl ADA" MMC-yə müraciət etmiş, ondan ABŞ-dan idxal edilən texnikanı idarə edə bildiyi soruşulmuş, o, həmin texnikaya baxdıqdan sonra idaə edə bilmədiyini bildirmişdir. Sonra da dəfələrlə sürücü kimi işə götürülməyi barədə müraciət etsə də işə qəbul edilməmişdir, ona görə də hislənərək həmin şirkətdən şikayət etmişdir. Sonra bu əməlindən peşman olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı X9 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından şikayət təmin edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Masallı Regional Ərazi Şöbəsinin inzibati tənbeh vermə haqqında 30 iyul 2021-ci il tarixli, MN ******* saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 76, 84, 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Masallı Regional Ərazi Şöbəsinin 30 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1679/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1679/2021
27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver