Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-168/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X1 iştirakları ilə, Bakı Şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 18 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Səbail Rayon Məhkəməsinin 2(009)-2030/2003 saylı, 29.12.2003-cü il tarixli icra sənədi icra edilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Səbail Rayon Məhkəməsinin 2(009)-2030/2013 saylı, 29.12.2003-cü il tarixli icra sənədi icra edilməmişdir. Göstərilənləri nəzərə alaraq qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXMnin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Səbail Rayon Məhkəməsinin 2(009)-2030/2003 saylı, 29.12.2003-cü il tarixli icra sənədinə əsasən iddiaçı X4 tərəfindən Rostropoviçlər küçəsi, ev 10,5 saylı mənzilin yenidən tikintisi ilə bağlı işçi layihəsinin təsdiq olunması Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə tapşırılmış, qətnamə 29.01.2003-cü ildə qanuni qüvvəsini almışdır. İş materiallarında olan 09.09.2019-cu il tarixli qərardan görünür ki, Səbail Rayon Məhkəməsinin 29.12.2003-cü il tarixli, 2(009)-2030/2003 saylı icra sənədi üzrə icraata başlanılması və borclu Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan 09.09.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya 09.09.2019-cu il tarixli qərarla icraata başlanılmış Səbail Rayon Məhkəməsinin 29.12.2003-cü il tarixli, 2(009)-2030/2003 saylı icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail rayon icra şöbəsinin 01.11.2019-cu il tarixli qərarı ilə Səbail rayon Məhkəməsinin 2(009)-2030/2003 saylı, 29.12.2003-cü il tarixli icra sənədi üzrə borclu Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin hüquqi varisi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, 18.01.2022-ci il tarixli protokola əlavəyə əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-2030/2003 saylı, 29.12.2003-cü il tarixli icra sənədinə əsasən iddiaçı X3 tərəfindən Rostropoviçlər küçəsi ev 10, 5 saylı mənzilin yenidən tikintisi ilə bağlı işçi layihəsinin təsdiq olunması Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə tapşırılması qərara alınmışdır. İcra vərəqəsi 09.19.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı qərar borclu dövlət orqanına göndərilmişdir. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən borclu dövlət orqanına müxtəlif tarixlərdə xatırlatma məktubları göndərilmişdir. Bütün bunlara baxmayaraq bugünədək tələb təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 01.08.2018-ci il tarixli “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər taqqmda” fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Qeyd olunan fərmana istinad edilərək 01.11.2019-cu il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin hüquqi varisi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Sözügedən qərar icra üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmiş və 22.10.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli, 226 nömrəli Fərmanına uyğun olaraq, qeyd olunan məsələnin icra olunması Bakı Şəhər memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun olaraq, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən ə aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi .ə bağlı məlumatlandırma icraatı həyata keçirildiyi qeyd edilmişdir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli 695 "nömrəli Fərmanın 4.7-ci bəndinə əsasən fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatını yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildiyi bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti müxtəlif vaxtlarda eyni məzmunlu cavablar verərək icra sənədinin icrasından yayınmışdır. Bununlada borclu dövlət orqanı Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının 27.12.2021-ci il tarixli məktubuna əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-2030/2003 saylı, 29.12.2003cü il tarixli icra vərəqəsinə əsasən Bakı Şəhər icra Hakimiyyətinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı Şəhər icra Hakimiyyəti Başçısı Aparatının emarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən icra vərəqəsində adı qeyd olunan idarə (Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi) Bakı Şəhər icra Hakimiyyətinin tabeliyində deyil. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2030/2003 saylı, 29.12.2003-cü il tarixli icra sənədinə əsasən iddiaçı X3 tərəfindən Rostropoviçlər küçəsi ev 10, 5 saylı mənzilin yenidən tikintisi ilə bağlı işçi layihəsinin təsdiq olunması Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə tapşırılması qərara alınmışdır. İcra sənədi 09.09.2019-cu il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Həmçinin Səbail rayon icra şöbəsinin 01.11.2019-cu il tarixli qərarı ilə Səbail rayon Məhkəməsinin 2(009)-2030/2003 saylı, 29.12.2003-cü il tarixli icra sənədi üzrə borclu Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin hüquqi varisi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)- 2030/2003 saylı, 29.12.2003-cü il tarixli icra vərəqəsinə əsasən Bakı Şəhər icra Hakimiyyətinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı Şəhər icra Hakimiyyəti Başçısı Aparatının emarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən icra vərəqəsində adı qeyd olunan idarə (Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi) Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində deyil. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2030/2003 saylı, 29.12.2003-cü il tarixli icra vərəqəsinə əsasən Bakı Şəhər icra Hakimiyyətinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı Şəhər icra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən icra vərəqəsində adı qeyd olunan idarə Bakı Şəhər icra Hakimiyyətinin tabeliyində deyil. Yəni, Bakı Şəhər İcra Hakimiyyəti inzibati xətanın subyekti deyil. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan Bakı Şəhər İcra Hakimiyyətinin əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Bakı Şəhər İcra Hakimiyyətinin əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyekt hazırki iş üzrə Bakı Şəhər İcra Hakimiyyəti deyil. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyrimüəyyən hərəkətin edilməməsinə görə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan Bakı şəhər İcra Hakimiyyətinin əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhər İcra Hakimiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-168/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-168/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver