Məhkəmə qərarları › İş №3(009)-1680/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1680/2020

02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1680/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tural Aşurovun, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 mənzil 17 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tural Aşurov tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tural Aşurov bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-463/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədinə əsasən X5, X6 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Borclu barəsində bir sıra dövlət orqanlarına və müxtəlif bank təşkilatlarına sorğu ilə müraciət edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2018-ci il tarixdə şöbədə olarkən ondan izahatı alınmışdır. İzahatında ödənilməli olan aliment borcundan 200 manat ödədiyini qeyd etmiş və yığılan borclarını hissə-hissə ödəyəcəyini bildirmişdir. Tələbkar tərəfindən şöbəyə daxil olmuş xx.xx.2018-ci il tarixli ərizədə borclu tərəfindən ona ödənilməli olan aliment borcunun ödənilmədiyi bildirilmiş və Şəxs barəsində icra tədbirlərinin görülməsi xahiş edilmişdir. Borclunun ölkədən giriş çıxışının məhdudlaşdırılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə təqdimatla Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-522/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Həmçinin xx.xx.2018-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2018-ci il tarixli məktubda borclu Şəxs barəsində xx.xx.2018-ci il tarixdə 20827/18 nömrəli axtarış işinin açıldığı qeyd edilmişdir. Tələbkar şöbəyə xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət edərək borclunun ona heç bir borcunun olmadığını qeyd etmişdir. Lakin xx.xx.2019-cu il tarixdə X4 yenidən şöbəyə ərizə ilə müraciət edərək borclunun ona 450 manat aliment borcunun yarandığını qeyd etmiş və Şəxs barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu xx.xx.2019-cu il tarixdə şöbəyə dəvət edilmiş ondan izahatı alınmışdır. İzahatında taksi sürücüsü işlədiyini bildirmiş, hər gün 20 manat olmaqla ödəniş edə biləcəyini qeyd etmişdir. Tam olaraq borcunu 10 günə ödəyə biləcəyini bildirmişdir. Borclu barəsində xx.xx.2020-ci il tarixdə inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Lakin protokol təmin edilməmişdir. Sonrakı dövrdə tələbkar yenidən ərizə ilə şöbəyə müraciət etmiş icra sənədi üzrə borclu Şəxs ona 100 manat aliment borcunun yarandığını ərizəsində qeyd etmişdir. Borclu ilə əlaqə saxlanılmış və şöbəyə dəvət edilmişdir. xx.xx.2020-ci il tarixdə borclu şöbəyə gəlmiş və ondan ərizəsi alınmışdır. Ərizəsində karantinlə əlaqədar işləyə bilmədiyini və bu səbəbdən aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Tələbkar sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ərizə ilə şöbəyə müraciət etmiş borclunun ona 2900 manat aliment borcunun yarandığını bildirmiş və borcun ödənilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Şəxs xx.xx.2020-ci il tarixdə şöbəyə dəvət olunmuş ondan izahat alınmışdır. İzahatında karantinlə əlaqədar heç bir yerdə işləmədiyini, işləyəcəyi zaman ödəniş edə biləcəyini bildirmişdir. Borclunun halhazırda icra sənədi üzrə 2700 manat aliment borcu vardır. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-463/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X5, X6 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Borclu 2020-ci ilin mart ayına qədər ödənişləri etmiş, lakin həmin vaxtdan bu zamana kimi 2700 manat aliment borcu yaranmışdır. Hazırda karantin rejimi olduğundan borclu Şəxs ona ödəməli olduğu aliment borcunun ödənilməsi üçün karantin rejimi bitənədək ona vaxt verməklə razılığa gəldiklərini bildirmişdir. Bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və borcu ödəməkdən yayınmır, əvvəllər işlədiyi zaman alimentin tutulması onun əmək haqqına yönəldilirdi, sonradan o, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olmuş alimenti ödəmişdir, lakin mart ayından sonra karantin rejimi tətbiq olunduğundan işləyə bilməmiş, qazancı olmamış, bu səbəbdən aliment borcu yaranmışdır. O, karantin rejimi bitdikdən sonra aliment borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd etdiklərini, borcunun ödənilməsi üçün ona vaxt verilməklə tələbkarla razılığa gəldiyini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-463/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X5, X6 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməlidir. İcra sənədi Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə daxil olmuş və şöbə tərəfindən icraata başlanılmışdır. X7 əldə olunmuş məlumata əsasən borclunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Hazırda Şəxs borcun ödənilməsi üçün ona vaxt verilməsi ilə bağlı tələbkarla razılığa gəlmiş və tələbkar ərizəsini məhkəməyə təqdim etmişdir. Borclu aliment borcunun yaranma səbəbini hazırda yaşadığı Bakı şəhərində müvafiq karantin rejiminin tətbiq olunduğu və bununla əlaqədar olaraq iş tapa bilməməsi ilə izah etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə hazırda borclunun yaşadığı şəhərin ərazisində müvafiq olaraq xüsusi karantin rejiminin müəyyən edildiyini nəzərə alaraq, Şəxs izahatında göstərdiyi “hazırda qazancı olmadığı üçün aliment borcunu ödəyə bilmədiyi” dəlilini ağlabatan hesab edir və belə qənaətə gəlir ki, xüsusi karantin rejimi səbəbi ilə işləmədiyi və qazancının olmadığı, bu səbəbdən də aliment borcunu ödəyə bilmədiyi üzrlü hesab edilməlidir. Belə olan halda isə, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar