Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1680/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasından Rusiya Federasiyasına qayıtma zamanı X2 (gələcəkdə- Ərizəçi İ.V.Volkova) barəsində Azərbaycanın Dövlət miqrasiya xidmətinin vəzifəli şəxsi tərəfindən MN № ******* saylı (gələcəkdə- Protokol) inzibati xəta haqqında Protokol tərtib edilmişdi. Göstərilmiş Protokol əsasında Azərbaycan Respublikasının Bakı şəhərində Dövlət miqrasiya xidmətinin baş müfəttişi X4 tərəfindən Ərizəçi barəsində 15 sentyabr 2022-ci ildə çıxarılmış MN № ******* saylı 350 manat ölçüsündə cərimə şəklində inzibati cəzanın verilməsi haqqında Qətnamə çıxarılıb. Barəsində şikayət verilən Qətnamənin çıxarılması üçün əsas Ərizəçinin 08 sentyabr 2022-ci ildən Azərbaycan Respublikasında qeydiyyatsız yaşaması olub ki, bu da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinin tələblərini pozur. Ərizəçi göstərilən Qətnaməylə razı deyil, hesab edir ki, o ləğv edilməlidir, inzibati xəta haqqında iş üzrə icraat aşağıdakıları nəzərə alaraq dayandırılmalıdır.Azərbaycan Respublikasında qalma dövründə (23 avqust 2022-ci ildən 15 sentyabr 2022-ci ilə qədər) Ərizəçi "X7" mehmanxanasında 027 saylı otaqda yaşayırdı. Ərizəçi Azərbaycan Respublikasında 15 gündən çox olub. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.2-ci maddəsinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra - “qəbul edən tərəf’) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Beləliklə, Azərbaycan Respublikasında olduğu yer üzrə Ərizəçinin qeydiyyata salınması öhdəçiliyini qəbul edən tərəfin, yəni mehmanxanın üzərinə düşürdü. Mehmanxanaya gəlmə zamanı X7 mehmanxanasının administrasiyası İ.V.Volkovanı inandırdı ki, onun olduğu yerə qeydiyyatı üzrə bütün lazımlı hərəkətləri edəcək. Bununla yanaşı, X7 mehmanxanası tərəfindən Ərizəçinin olduğu yer üzrə qeydiyyatı öhdəçiliyini yerinə yetirilməyib. Məhz belə qeydiyyatın olmaması Ərizəçi tərəfindən etiraz edilən Qətnamənin çıxarılmasına səbəb oldu. Nəzərə alaraq ki, qanunla qeydiyyat öhdəçiliyi qəbul edən tərəfin yəni X7 mehmanxanasının üzərinə qoyulmuşdur, Ərizəçi tərəfindən qeydiyyat üzrə hərəkətlərin edilməməsində onun günahı yoxdur. Bununla əlaqədar olaraq həmçinin inzibati qanun pozuntusu tərkibi bütövlükdə yoxdur. Hazırki şikayətin ərizəçisi Rusiya Federasiyasında yaşayır, Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yerinə malik deyil. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında göstərilən dövlətlərin ərazisində çıxarılmış inzibati işlər üzrə məhkəmə qərarlarının qarşılıqlı tanınması və icrası imkanını müəyyən edən beynəlxalq müqavilələr yoxdur. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında xx.xx.1992-ci ildə imzalanan mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilədə nəzərdə tutulmuş məhkəmə qərarlarının qarşılıqlı tanınması və icrası imkanı haqqında müddəalar inzibati işlərə aid deyil. İfadə edilmişlərlə əlaqədar, X3 məhkəməsinə şikayət verə bilmir. Belə vəziyyətdə Ərizəçi hesab edir ki, hazırki şikayət Ərizəçinin Azərbaycan Respublikasında son yaşayış yeri üzrə rayon məhkəməsinə yəni X5 Bakı şəhəri, Badamdar şosesi, 612 ünvanı üzrə Bakı şəhərinin Səbail rayon məhkəməsinə verilməlidir və bu məhkəməyə aidiyyətinə uyğundur. Azərbaycan Respublikasının Bakı şəhərində Dövlət miqrasiya xidmətinin baş müfəttişi X4 tərəfindən Rusiya Federasiyası vətəndaşı X2 barəsində 15 sentyabr 2022-ci ildə çıxarılmış MN № ******* saylı inzibati cəzanın verilməsi haqqında Qətnaməni ləğv etmək və onun hərəkətlərinə (hərəkətsizliyinə) inzibati xəta tərkibinin olmaması səbəbindən onun barəsində iş üzrə icraatı dayandırmağı xahiş etmişdir. Şikayətən görünür ki, Ərizəşinin daimi Rusiya Federasiyasının ərazisində yaşaması səbəbindən şikayətə Ərizəçinin (Ərizəçinin nümayəndəsinin) iştirakı olmadan baxmağı xahiş edir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən şikayətçi və qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş 15 sentyabr 2022-ci il tarixli, MN seriyaiı ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, X2 08 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasında qeydiyyatsız yaşamışdır. Nəticədə X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 15 sentyabr 2022-ci il tarixli, MN seriyaiı ******* saylı inzibati xəta haqqında protokola əsasən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş X5 İnvoice sənədindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə oteldə qeydiyyata alınmış, 15 sentyabr 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni: Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə - əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni o afelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X1 əməli düzgün olaraq İXM-in 575.1.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1680/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1680/2022
28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver