Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1686/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan YPX alayı yol patrul xidməti inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan YPX alayı yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş 11 iyul 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 iyul 2021-ci il tarixdə, saat 09:48-də Chevrolt Cruze minik markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən müvafiq sənədlərin təqdim olunması üçün yol-patrul xidməti tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün alkoqoldan istifadə etməsi şübhə doğurduğundan tibbi müayinəyə aparılmış, lakin sürücü tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, 11 iyul 2021-ci il tarixdə, saat 09:48də Chevrolt Cruze minik markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə edərkən yol-patrul xidməti tərəfindən saxlanılmış, həmin inspektor onun sərxoş olduğundan şübhələndiyini söyləmiş və müayinədə keçməli olduğunu demişdir. O da buna etiraz etməmiş və tibb məntəqəsinə getmişdir. Müayinə məntəqəsinə gələndə polis əməkdaşları ilə birlikdə otaqlardan birinə daxil olmuşdur. Həmin otaqda tibb işçisi sərxoşluğa dair müayinədən keçməsi üçün xüsusi cihaza üfürməklə sərxoşluq müayinəsindən keçməsini istəmişdir. O, müayinədən keçmiş, lakin aktla razı olmadığı üçün etiraz etmiş, həkim ona imtina barəd qeyd etməsini bildirmişdir. Həkimin səhv izahına görə də imtina barədə qeyd yazıb imzalamışdır. Belə ki, o müayinədən keçmiş sadəcə müayinənin nəticəsinə etiraz etmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan YPX alayı yol patrul xidməti inspektoru polis baş serjantı X2 protokolun tibbi müayinə aktı əsasında tərtib edildiyini, ancaq Şəxs müayinədən keçərkən özünün də orada iştirak etdiyini və həqiqətən də Şəxs müayinədən keçdiyini, yalnız müayinənin nəticəsinə etiraz etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi öz təsdiqi tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş 11 iyul 2021-ci il tarixli, 4613 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs tibbi müayinədən imtina etmişdir. İXM-nin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Lakin aktdan görünür ki, Şəxs sərxoşluq vəziyyəti müəyyən edilərkən hal şahidləri iştirak etməmişdir. Eyni zamanda aktdan görünür ki, sərxoşluq vəziyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmiş, bu barədə ümumiyyətlə hər hansı qeydlər aparılmamışdır Başqa sözlə, hazırki vəziyyətdə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 11 iyul 2021-ci il tarixli, 4613 saylı aktın hazırki iş üzrə sübut kimi qəbul edilməsindən söhbət gedə bilməz. Bundan əlavə sözügedən Məcəllənin 69.2-ci və 69.3-cü maddələrinin tələblərinə görə şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. İnzibati Xətalar Məcəlləsinin 69.1-ci maddəsinə görə hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üçün əsas olan məqamlar qanunvericiliyin tələb etdiyi çərçivədə hərəkətlər edilmədən həyata keçirilmişdir ki, bu hal da özü-özlüyündə sərxoşluq halının müəyyən edilməsi prosesinin obyektiv və qərəzsiz şəkildə aparılmasını, müayinədən keçirilən şəxsin ümumiyyətlə sərxoş olubolmamasını şübhə altına alır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi hadisəsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Səmədova Günel
Məhkəmə qərarları › İş №3(009)-1686/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1686/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver