Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1688/2023 21.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Abdullayev Şahin Zülfüqar oğlu, Şəxs AR İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən daxil olmuş MN ******* saylı xx.xx.2023-cü il tarixli protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən Şəxs barəsində AR İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması qaydasında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, protokol aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, inzibati xəta haqqında protokola barəsində inzibati icraat başlanılmış şəxsin şəxsiyyətini təsdiq edən sənəd əlavə olunmamış, eyni zamanda onun fərdi identifikasiya nömrəsi göstərilməmişdir. AR İXM-nın 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən daxil olmuş məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə, İnzibati xata haqqında iş üzrə icraat göstərilən vaxtdan başlanılmış hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlanmaq mümkün olmadıqda, hakim işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Hakim qeyd edir ki, inzibati xəta törədən şəxsin şəxsiyyəti onun şəxsiyyətini təsdiq edən hüquqmüəyyənedici sənəd olan şəxsiyyət vəsiqəsi və digər sənədlərlə müəyyən edilə bilər. İş materiallarına əlavə edilmiş inzibati qaydada saxlanılan şəxsin foto şəkilini çəkməklə polis bölməsi tərəfindən təsdiqlənən sənəd şəxsin şəxsiyyətini təsdiq edən hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Həmçinin şəxsin özü barədə ad, soyad və ata adını bildirməsi onun həmin şəxs olması anlamına gələ bilməz. Şəxsiyyəti təsdiq edən sənəd olmadan isə inzibati protokolun tərtib edilməsi yolverilməz hesab olunmalıdır. Ona görə də hakim hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nın 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Şəxs AR İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən daxil olmuş MN ******* saylı xx.xx.2023-cü il tarixli protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan qərardadın əsaslandırıcı hissəsində göstərilən səbəblərə görə geri qaytarılsın. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1688/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1688/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver