Məhkəmə qərarları › İş №3(009)-1690/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1690/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1690/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, X3katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 9-cu PB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatdaolan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsiilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə baxaraq, MÜƏYYƏNETDİ: VəliyevQurbanAbas-QuluoğlununAzərbaycanRespublikası İnzibatiXətalarMəcəlləsinin 206-cı maddəsiilə nəzərdə tutulmuş inzibatixətanı törətməsinə dair03 sentyabr2020-ciiltarixli, MNseriyalı ******* saylı inzibatixətahaqqındaprotokolməhkəməyə daxilolmuşdur. İnzibatixətahaqqındaprotokoldanvə onaəlavə edilmiş materiallardangörünürki, VəliyevQurbanAbasQuluoğluxx.xx.2020-ciiltarixdə, saat 17:00 radələrində Səbail rayonu, Ş.Şamil küçəsində qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından qanunsuz olaraq əldə etmiş və üzərində saxlamışdır. Bundan sonra Şəxs tibbi müayinəyə aparılmış və sonuncunun narkotik vasitə istifadəçisi olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 9-cu PB-nin polis sahə inspektoru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Abas-Qulu oğlunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 5-6 aydır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. O, xx xxxxxxxx 2020-ci il tarixdə ailəsində olan çətinliklərə görə nəşə çəkmək istədiyini Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan yerə gedib, tanımadığı şəxsdən 15 manat qarşılığında bir büküm nəşə aldığını, orada nəşəni kağıza büküb bir hissəsini çəkdiyini və qalan hissəsini söndürüb özündə saxlamışdır. Bundan sonra saat 05 radələrində qardaşı yaşayan Səbail rayonu, Ş.Şamil küçəsinə gəldiyini, qardaşı ilə birlikdə avtomaşında söhbət edən zaman Səbail RPİ-nin əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitədən istifadə edib-etməmələrini soruşumuş o, narkotik vasitə olan nəşə çəkdiyini və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitənin çıxdığını bildirmişdir. Hazırda əməlindən səmimi peşmandır və bir daha analoji hərəkətlərə yol verməyəcəyinə dair söz verir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 7/582 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd siqaret kötüyünün içərisində tütün və təmiz çəkisi 0,143 qram olan bitki hissəcikləri narkotik tərkibli çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın hissəcikləridir. Tibbi müayinənin keçirilməsi haqqında 250 nömrəli aktdan görünür ki, Şəxs test üsulu nəticəsinə müvafiq olaraq onun sidiyində THC(+) marixuana aşkar edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Abas-Qulu oğlunun barəsində Səbail RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən tərtib olunmuş raport əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs Abas-Qulu oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətlərinin olması ilə əlaqədar olaraq onun inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və bir daha analoji hallara yol verməyəcəyinə dair söz verməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs Abas-Qulu oğluun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Abas-Qulu oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs Abas-Qulu oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs Abas-Qulu oğlunun xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən ¼ hissəsi çıxılmalı və o cərimənin ¼ hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Abas-Qulu oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs Abas-Qulu oğlunun inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 400 (dörd yüz) manat inzibati cərimənin 100 (bir yüz) manatından azad edilməli və üzərində 300 (üç yüz ) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 88, 114, 115, 128.2.1, 130.1, 206-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Abas-Qulu oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Abas-Qulu oğlunun 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alınaraq barəsində tətbiq edilmiş 400 (dörd yüz) manat inzibati cərimənin 100 (bir yüz) manatından azad edilsin və üzərində 300 (üç yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar