Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1692/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Bakı Şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X9, zərərçəkmiş şəxs X1 və onun vəkili X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, 1-ci döngə, 12 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Səbail rayon İcra Şöbəsinin icra məmuru X13 tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2-(009)-663/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2-(009)-663/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2-(009)-663/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X2 ilə Şəxs arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Səbail rayon qeydiyyat şöbəsində bağlanmış 37 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 anası X1 yanında saxlanılmalıdır. xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 160 manat, habelə X12 3 yaşına çatanadək, yəni xx.xx.2020-ci il tarixədək hər ay 50 manat olmaqla, cəmi 370 manat sabit pul məbləğində borclu X4 tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Borclu Şəxs iddia tələbi üzrə ödənilməli olan 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə bir sıra sorğular edilmiş, borclunun mülkiyyətində “Nissan Sunny” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Sözügedən nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması məqsədi ilə xx.xx.2019-cu il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında təqdimat tərtib edilərək baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Səbail rayon məhkəməsinin 8(009)-199/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən borcluya məxsus avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Qərardad icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinə göndərilmişdir. Sonrakı dövrdə “Elektron icra” sistemində borclunun iş yeri aşkar edilmiş və aliment üzrə ödənilməli olan pul vəsaiti borclunun əmək haqqının 70%-nə yönəldilmişdir. Tələbkar isə şöbəyə ərizə ilə müraciət edərək borclunun ona ödənilməli olan 11000 məbləğində aliment borcunun yarandığını bildirmişdir. Borclu isə öz növbəsində şöbəyə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək 2019-cu il ayının iyul ayında rəsmi olaraq boşandıqlarını və boşandıqdan bir il üç ay sonra barışdıqlarını bildirmiş və birlikdə yaşadıqlarını, ailənin bütün ehtiyaclarını özü ödədiyini qeyd etmişdir. Tələbkar məsələnin mübahisələndirilməsi üçün məhkəməyə müraciət etdiyini bildirmişdir. Daha sonra borclu xx.xx.2022-ci il tarixdə şöbəyə dəvət olunmuş ondan izahatı alınmışdır. İzahatında bugunədək cəmi 5830 manat aliment ödədiyini qeyd etmişdir. Borclu noyabr ayının 1-də yaranmış borcun mübahisələndirilməsi məsələsinə məhkəmədə baxılacağını qeyd etmiş və məhkəmədən sonra nəticəyə uyğun olaraq ödəniş edəcəyini izahatında göstərmişdir. Borclunun borcu 10940 manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X13 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, bununla da borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, tələbkar ilə 2012-ci ildə nikaha daxil olub, 2015-ci ildə rəsmi qaydada boşanmış, 2016-cı ildə yenidən nikaha daxil olaraq 2019-cu ildə yenidən boşanmışlar. xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 160 manat, habelə X12 3 yaşına çatanadək, yəni xx.xx.2020-ci il tarixədək hər ay 50 manat olmaqla, cəmi 370 manat sabit pul məbləğində alimenti 13 ay, yəni 2020-ci ilin aprel ayına qədər ödəmişdir. Bu barədə ödənişləri məhkəməyə təqdim etmişdir. 2020-ci ilin may ayında onlar barışaraq Göygölə getmişlər. Bundan sonra dostlarının və qohumlarının toylarında, digər məclislərdə birlikdə iştirak etmişlər. Bunlar təqdim etdiyi video görüntü, “whatsapp” yazışmaları və fotoşəkillərdə öz əksini tapmışdır. Barışdıqları barədə icra məmuruna məlumat vermişdir. Bundan sonra birlikdə yaşadıqları üçün evin bütün ehtiyaclarını özü qarşılamışdır. 2022-ci ilin avqust ayında aralarında olan münasibətlər kəskinləşmişdir. Birlikdə yaşadıqları üçün alimenti ödəməmişdir. Borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 bildirmişdir ki, Səbail rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulduqdan sonra borclu bir müddət alimenti ödəmişdir. Sonradan bir müddət ümumiyyətlə ödəməmişdir. Avqust ayında onlar arasında olan münasibətlər kəskinləşdikdən sonra o, alimentin ödənilməməsi barədə icra şöbəsinə müraciət etmişdir. Borclu onun avtomobilinin dörd təkərini bıçaqla deşdiyi üçün aralarında olan münasibət qabarmışdır. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İlk dəfə 2019-cu ildə icra şöbəsinə müraciət edib. Münasibətləri normal olduğu üçün alimentin ödənilməsi ilə bağlı icra məmuru ilə deyil, borclunun özü ilə əlaqə saxlamışdır. Hal-hazırda borclu tərəfindən aliment borcu ödənilmədiyindən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X1 vəkili X7 bildirmişdir ki, borclu və tələbkar arasında barışıq olmamışdır. Lakin tələbkarın bildirdiyi kimi münasibətləri normal olduğu üçün tələbkar alimentin ödənilməsi ilə bağlı icra şöbəsinə deyil, borclunun özünə müraciət etmişdir. Əgər barışıq əldə olunmuşdursa, icra şöbəsinə yaxınlaşıb icraata xitam ərizəsi yazdıra bilərdilər. Ola bilər ki, borclu uşaqları görmək üçün evə gəlib-gedib, birlikdə şənliklərdə iştirak ediblər, lakin tələbkar barışıq olduğunu qəbul etmir. Borclu bu müddət ərzində alimenti ödəməmişdir.Uşaqların mənafeyini nəzərə alaraq borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəmiş, sonradan tələbkar ilə barışdığı üçün icra məmuruna xəbər edərək aliment ödəməmiş, borc isə tələbkar ilə birlikdə yaşadıqları dövrdə yaranan borc olmuş və bu borcun silinməsi ilə bağlı borclu məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru borclunun dediklərini təsdiq edərək bildirmişdir ki, borclu onunla telefon əlaqəsi saxlayaraq tələbkar ilə barışdığını bildirmiş və icra məmuru tələbkar ilə əlaqə saxlamış və tələbkar bunu təsdiq etmişdir. Hal-hazırda aliment borclunun əmək haqqından tutulur. İş materialları ilə müəyyən olunur ki, üzürsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Odur ki, borclunun əməlində məhkəmənin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi təzahür edən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da belə nəticəyə gəlmək olar ki, icra sənədinin icra edilməməsi, borclunun icradan boyun qaçırması, icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1692/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1692/2022
21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver