Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1693/2021 18.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızı sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X2, Səbail rayon prokurorunun köməkçisi X6, Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,işsiz, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail RPİ-nin 41-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 18 avqust 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04.08.2021-ci il tarixdə Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan yolu 32 ünvanında yerləşən Şıx çimərliyində X4 məxsus Xiaomi Redmi 8 və Samsung J2 markalı mobil telefonlarını oğurlamaqla ümumi olaraq 370 manat məbləğində ziyan vurmuşdur. Qeyd olunan faktlar üzrə Səbail RPİ-nin 41-ci polis bölməsinin baş təhqiqatçısı polis mayoru Fərrux Tarverdiyev tərəfindən 14 avqust 2021-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi və Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan yolu 32 ünvanında yerləşən Şıx çimərliyindən Xiaomi Redmi 8 və Samsung J2 markalı mobil telefonları oğurlayan şəxs müəyyən olunarsa barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirləri görülməsi məqsədilə qərarlar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X9 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs bu gün 17 yaşının tamam olduğunu, valideynlərinin ikisini də itirdiyini bildirmişdir. O Şıxov çimərliyində telefon oğurluğu edir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahat verərək bidlirmişdir ki, Şıxov çimərliyində ona məxsus Xiaomi Redmi 8A və Samsung J1 markalı telefon və bank kartı avtomobilinin arxa oturacağından oğurlanmışdır. Bununla bağlı DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Aparılan araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Şəxs şikayətçidir, ona 370 manat məbləğində ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaları etiraf edərək vurulmuş ziyanı ödəmədiyini, əməlindən səmimi peşman olduğunu bildirmiş və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 izahat verərək bildirmişdir ki, Şəxs yetkinlik yaşına çatmamışdır. Bu hadisəni ilk dəfə edir. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 izahat verərək, Şəxs ilə danışıqlar apardığını, onun əməlindən səmimi peşman olduğunu, bu hala bir daha yol verməyəcəyini bildirmişdir. Bu səbəbdən, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon prokurorunun köməkçisi X12 izahat verərək, qanunvericiliyin tələblərinə uyğun olaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Eyyubov X5 Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, onun barəsində ictimai iş tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 30.2, 63.6, 66.1, 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib onun barəsində 160 (yüz altmış) saat müddətində ictimai iş tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1693/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1693/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver