Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1698/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 iştirakı ilə, Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 TP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verililməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki,o, arıçılıq təsərrüfatı ilə məşğul olmasına baxmayaraq karantin qaydalarını pozduğuna görə 200 manat məbləğində cərimə edilmişdir. Belə ki, pandemiya ilə əlaqədar Bakı şəhərindən çıxmaq üçün o, Kənd Təsərrüfatı Nazirliyindən icazə alıb Şamaxı rayonunun Zarat Xeybər kəndində qalır. xx xxxx 2020-ci il tarixdə Bakıya qayıdarkən Müşfiq postunda onu saxlayıb 05 iyulda onun icazə vaxtı tamam olduğuna görə cərimə olunmuşdur. Halbu ki, o, telefon olmayan ərazidə (Şamaxı rayonunun Zarat Xeybər kəndindən qayıdır) qalmış və karantin müddətinin həmin ayın 20-nə dək uzadıldığını bilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 şikayətini müdafiə edib barəsində qəbul edilmiş TP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 lazmı qaydada məlumat verilsə də, DİN Baş Dövlət X5 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə DİN Baş Dövlət X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, DİN Baş Dövlət X5 TP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən DİN Baş Dövlət X7 göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş TP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 11:28 radələrində Bakı Şamaxı yolunun 31-ci km-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2020-ci il tarixli, 1476 nömrəli (şəxsin Abşeron-Sumqayıt şəhərindən hərəkətinə icazə verilməsi haqqında) arayışından X2 arıçılıq fəaliyyəti ilə məşğöul olmaq üçün Bakı şəhərindən İsmayıllı rayona səyahət edir. Arayış xx.xx.2020-ci il tarixədək etibarlıdır. İşə əlavə edilmiş Elektron Hökümətin İnkişafı Mərkəzinin portalından (icaze.e-gov.az) çıxarışdan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X2 buraxılış üçün fermer arıçılıq arayışı əldə edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı-Şamaxı ərazisinə icazə əldə etmişdir. İşə əlavə edilmiş Elektron Hökümətin İnkişafı Mərkəzinin portalından (icaze.e-gov.az) çıxarışdan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X2 buraxılış üçün fermer arıçılıq arayışı əldə edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı-Şamaxı ərazisinə icazə əldə etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 11:28 radələrində Bakı Şamaxı yolunun 31-ci km-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X2 barəsində DİN Baş Dövlət X6 aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, Vaqif Tağıyev şikayətində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Şamaxı rayonundan qayıdarkən karantin müddətinin uzadılmasından onun xəbəri olmamışdır. Halbu ki, iş materialları ilə müəyyən edilmişdir ki, Vaqif Tağıyevə həm SMS xidmət vasitəsi ilə, həm də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən mütəmadi olaraq Bakı-Şamaxı və Bakı-İsmayıllı istiqamətlərində sərbəst hərəkət etməsinə icazələr verilmişdir. Bundan əlavə araşdırma aparılarkən X3 şəhərində olduğu müddətdə karantin rejiminin uzadılmasından xəbəri olduğu halda, onun yenidən Şamaxı rayonundan Bakı şəhərinə qayıtmaq üçün Bakı şəhərinin sakini olaraq icazə almaq zərurəti olub-olmaması da araşdırılmamışdır. Göründüyü kimi qeyd edilən hallar araşdırılmadan X2 barəsində TP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilən səbəblərdən, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, DİN Baş Dövlət X5 xx xxxx 2020ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət X5 xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, ******* saylıqərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün DİN Baş Dövlət X7 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1698/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1698/2020
24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver