Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1698/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələri X1 və Nəqliyyatda Baş Polis İdarəsinin X12 İdarəsinin Təhqiqat qrupu baş təhqiqatçısı X2, Zərərçəkmiş şəxs “X4” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X12 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 21 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 1986-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi 5 ünvanında qeydiyyatda olan Şəxs, xx.xx.2022-ci il tarixdə saat 00:50-də Dəniz Vağzalında yerləşən çıxış məntəqəsində quraşdırılmış maneəni (şlaqbaumu) fiziki təsir göstərməklə əmlaka qəsdən ziyan vurmuşdur. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. MN seriyalı, ******* saylı 21 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində 21 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokol və digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Nəqliyyatda Baş Polis İdarəsinin X12 İdarəsinin Təhqiqat qrupu baş təhqiqatçısı X7, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs “X4” MMCnin nümayəndəsi Zərərçəkmiş şəxs, 20 avqust 2022-ci il tarixdə gecə saat 01 radələrində cəmiyyətin işçisi, Dəniz Vağzalında xəzinədar işləyən X8 bildirmişdir ki, həmin gün saat 00:50-də **-HP-*** dövlət qeydiyyat nişanlı “Bentley” markalı nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsilə vağzalın ərazisini tərk etmək istəyərkən polis əməkdaşları ona maneəni qaldırmamasını və həmin sürücünün vağzalın ərazisindən çıxmasına şərait yaratmaması barədə göstəriş vermişdir, həmin vaxt qeyd etdiyi nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi avtomaşından düşüb əli ilə maneəyə fiziki təsir göstərib qaldırmaqla ərazidən çıxıb getmək istəmişdir. Xəzinədar Əhmədov maneənin qırılacağını görüb köşkə daxil olmuş və maneəni qaldırmışdır. Yalnız bundan sonra həmin şəxs idarə etdiyi **-HP-*** dövlət qeydiyyat nişanlı “Bentley” markalı nəqliyyat vasitəsinə oturub ərazidən çıxmışdır. Səhər saat 09 radələrində işə gəldikdə həiqətən də maneənin qolunun zədələndiyini görmüşdür. Hadisədən bir müddət keçməsinə baxmayaraq vurulmuş zərər aradan qaldırılmadığından, Ramil hadisənin bir başa şahidi olduğundan baş vermiş hadisə barədə aidiyyəti üzrə hüquq mühafizə orqanına ərizə ilə müraciət etmişdir. Sonradan usta çağırıb həmin maneəni təmir etdirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü təqsirli bilmir, 20 avqust 2022-ci il tarixdə təxminən saat 01:00-da o, nəqliyyat vasitəsinə oturub restoranın çıxışındakı köşkə yaxınlaşmış, şlaqbaumun qalxmadığını görmüş, xəzinədar ona əli ilə qaldırmağını bildirmişdir, o, isə nəqliyyat vasitəsindən düşüb şlaqbaumu yuxarı qaldırmış və qayıdıb idarə etdiyi nəqliyyat vasitəsinə əyləşib getmişdir. Həmin vaxt ona şlaqbauma hər hansı ziyan dəyməsi barədə bildirilməmiş, eləcə də ondan sonra şlaqbaum fasiləsiz olaraq işləmişdir. Odur ki, bunların nəzərə alınıb barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, Şəxs onun qardaşıdır, 20 avqust 2022-ci il tarixdə təxminən saat 01:00-da o, qardaşı və dostu Nural ilə “Sosyete Meyhane” restoranından qardaşının idarə etdiyi nəqliyyat vasitəsilə çıxan zaman şlaqbaumda boşluq olmuşdur. O, qardaşının yanında oturmuşdur. Şlaqbaum açılmadığından xəzinədar qardaşına əli ilə qaldırsa açılacağını bildirmişdir. Şəxs isə nəqliyyat vasitəsindən enərək şlaqbaumu əli ilə qaldırmışdır. Onlar çıxdıqdan sonra şlaqbaumun işləməsində hər hansı nasazlıq olmamış, səhər saatlarına kimi işlək vəziyyətdə olduğunun şahidi olmuşlar, həmçinin belə bir nasazlıq barədə onlara məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, X6 dostudur, dostu vasitəsilə Şəxs tanımışdır. O, ayıq sürücü işləyir və avtomobil icarədarlığı ilə məşğuldur. 20 avqust 2022-ci il tarixdə o, Dəniz Vağzalında yerləşən çıxış məntəqəsindən çıxarkən orada olmuşdur. Şlaqbaumun açılmadığını görmüşdür. Bu zaman xəzinədar işləyən şəxs Şəxs bildirmişdir ki, şlaqbaumu əli ilə qaldırsın. Şəxs şlaqbaumu əli ilə qaldırmış və nəqliyyat vasitəsinə əyləşərək oradan çıxmışlar. Şlaqbaumda zədənin olmasını görməmiş, həmin gecə səhər saatlarına kimi maneəsiz işləməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 00:50-də Dəniz vağzalının avtomaşınlar üçün çıxışında yerləşdirilmiş köşkdə xidmətdə olarkən köşkə **-HP-*** dövlət qeydiyyat nişanlı “Bentley” markalı nəqliyyat vasitəsi yaxınlaşmışdır. Nəqliyyat vasitəsini idarə edən şəxs pəncərədən çıxış kartını uzadıb borcunu soruşmuşdur. O, kartı alıb hesablama apararkən köşkə ərazidə xidmət aparan Su NPİ-nin Dəniz Vağzalında XPM-nin əməkdaşları yaxınlaşıb maneəni açmamasını, həmin nəqlıiyyat vasitəsini ərazidən kənara buraxmamağı bildirmişdir. Sürücünün idarə etdiyi nəqliyyat vasitəsindən düşüb əli ilə maneəyə fiziki təsir göstərib qaldırmaqla ərazidən çıxıb getmək istəməsini görmüşdür. Bundan sonra nəqliyyat vasitəsinə oturub ərazidən çıxmışdır. Məhkəmə iş materiallarını və proses iştirakçılarının mövqelərini araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2321-ci maddəsi inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan “Gözcü Güvenlik” tərəfindən tərtib edilərək “X3” MMC-yə göndərilmiş 22 avqust 2022-ci il tarixli aktından göründüyü kimi Bakı Dəniz Vağzalının Parking sahəsində quraşdırılmış şlaqbauma avtomobil dəyməsi nəticəsində sınan şlaqbaum qolunun yenisi ilə əvəz olunması və yaranmış nasazlığın aradan qaldırılması xidməti 320 manat + 18% ƏDV, sınan şlaqbaum qolunun çatdırılması xidməti isə 20 manat+18% ƏDV təşkil edir. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilir və sürücünün idarə etdiyi nəqliyyat vasitəsindən düşüb əli ilə maneəyə fiziki təsir göstərib qaldırmaqla ərazidən çıxıb getmək istəməsi müəyyənləşirilir. Beləliklə, məhkəmə iclasında və təhqiqat zamanı 20 avqust 2022-ci il tarixdə Şəxs idarə etdiyi **-HD-*** dövlət qeydiyyat nişanlı “Bentley” markalı nəqliyyat vasitəsi ilə Dəniz Vağzalının ərazindən çıxarkən çıxışda quraşdırılmış maneəni (şlaqbaumu) fiziki təsir göstərməklə zədələməsi və “X4” MMC-yə 350 manat məbləğində maddi ziyan vurması kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə görə Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi var və onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1698/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1698/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver