Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1699/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 14 oktyabr 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan PORT" MMC-nin adına Türkiyə Respublikasından 54YE203/54YE204 nömrəli yük nəqliyyat vasitəsində GRG**********0404 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük idarəsində **********1972 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük cəyannaməsi ilə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı gömrük bəyannaməsinin 2-ci mal mövqeyində XİF MN üzrə “**********” saylı kod altında 0 %-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş “aspirator motoru” yükünün XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/0xxxx/005806 nömrəli xx.xx.2022-ci il tarixli məktuba əlavə olunaraq Bakı Baş Gömrük idarəsinə göndərilmiş GM**********25 nömrəli ekspert rəyinə əsasən GRG**********0404 nömrəli invoysun 2-ci mövqeyi üzrə idxal edilmiş yükün “aspiratorun motoru” olub XİF MNə görə “**********” alt yarımmövqeyində sinifləşdirildiyi, yəni, 15%-li gömrük rüsumu dərəcəsi ilə gömrük ödənişlərinə cəlb edilməli olduğu, nəticədə **********1972 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə “PORT" MMC tərəfindən idxal gömrük rüsumu üzrə 8760,80 azn, ƏDV üzrə 1576,94 azn, elektron gömrük xidməti hagqı üzrə 30,00 azn və elektron gömrük xidməti haggı üzrə ƏDV 5,40 azn olmağla, ümumilikdə 10373,14 azn əlavə gömrük ödənişlərinin ödənilməli olduğu müəyyən edilmişdir. Eyni zamanda, araşdırma zamanı 21 fevral 2022-ci il tarixdə də **********8298 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara münasibətdə 6280,28 azn məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə “PORT" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-0406/22 saylı iş üzrə icraat başlanıldığı, ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüqugi şəxs “PORT" MMC barəsində iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlagədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/0410 nömrəli xx.xx.2022-ci il tarixli Qərarla xitam verildiyi, beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən MMC tərəfindən gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı müəyyən edilmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 54YE203/54YE204 nömrəli yük nəqliyyat vasitəsində GRG**********0404 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********1972 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükün gömrük organına “**********” saylı XİFMN kodunda "xxxx" gömrük rüsumu dərəcəsi ilə bəyan edilməsi nəticəsində MMC tərəfindən ümumilikdə 10373,14 AZN gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs ünvanına 54YE203/54YE204 nömrəli nəqliyyat vasitəsi ilə, xx.xx.2022 tarixli, GRG**********404 nömrəli invoys sənədi ilə daxil olmuş yüklər **********1972 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük oəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-də bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 idarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/0xx-xx/005806 saylı, xx.xx.2022 -ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən xx.xx.2022 tarixli, GRG**********404 nömrəli invoys sənədində göstərilən 2-ci mal mövqeyilərinin “15” % gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********1972 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqesində bəyan edilmiş yükə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti" tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 8760.80 AZN, ƏDV üzrə 1576.94 Azn, elektron gömrük xidməti haqqı üzrə 30.00 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2 İdarəsinin GM **********25 saylı Ekspert rəyindən görünür ki, PORT” MMC tərəfindən GRG**********0404 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 2-ci mövqeyi üzrə idxal edilmiş yük “aspiratorun motoru” olub XİF MN-ə görə “**********” alt yarımmövqeyində sinifləşdirilir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin 00100/0410 nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarından görünür ki, 21 fevral 2022-ci il tarixdə də **********8298 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara münasibətdə 6280,28 azn məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə “PORT" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-0406/22 saylı iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi yə inzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin direktoru X1 izahatı alınmış, o, izahatında Azərbaycan Respublikasına müxtəlif məişət əşyalarının idxalı və satışını həyata keçirdiklərini, sonuncu dəfə Şəxs MMC-nin adına Türkiyə Respublikasının “X3 San. Dış. Tic. LTD” Şirkətindən GRG**********0404 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə məişət əşyalarının idxal edildiyini və həmin malların Bakı Baş Gömrük İdarəsində **********1972 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyini, ilk dəfə olaraq Azərbaycan Respublikasına “aspirator motoru” yükü idxal etdiklərini, qeyd edilən malların göndərən şirkətin təqdim etdiyi müşayiət sənədləri olan invoys, CMR, ixrac gömrük bəyannaməsi əsasında **********1972 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edildiyini, malların XİFMN kodunun düzgün olmadığını əvvəlcədən bilmədiklərini, yaranmış 10373,14 azn əlavə gömrük ödənişlərini ödəmək niyyətində olduqlarını və gələcəkdə bir daha bu kimi halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 10373,14 (on min üç yüz yetmiş üç manat on dörd qəpik) AZN gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 7261 AZN (yeddi min iki yüz altmış bir) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1699/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1699/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver