Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-17/2022 05.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 02 dekabr 2021-ci il tarixli 00100-2406/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (VÖEN **********) həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasına Vİ700Dİ/SS213O nömrə nişanlı və UU264NN/OO294K nömrə nişanlı yük avtomobillərində idxal edilmiş 192000 ədəd sabun yükünü 27 və 28 sentyabr 2021-ci il tarixlərdə Bakı Baş Gömrük İdarəsində **********0366 sorğu nömrəli və **********1780 sorğu nömrəli Gömrük bəyannamələri ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən özündə müxtəlif gömrük dəyərləri əks etdirilmiş ayrı-ayrı ixrac bəyannamələrini təqdim edərək, daha aşağı dəyəri nəzərdə tutan məlumat əsasında malın dəyərini milli valyutaya nisbətdə 29240 manat təşkil edən 17200 ABŞ dolları məbləğində ifadə etməklə malın vəziyyətinə dair düzgün məlumatları təqdim etsə də, gömrük ödənişlərinin məbləğinə təsir edən yalnış məlumatları verməklə yol verdiyi hərəkətləri ilə gömrük ödənişlərinin ödənilməsindən yayınmış, Azərbaycan Respublikasının ərazisinə gətirilən malların xarici ölkədən alınmasına dair sənədlərdə malın dəyəri ziddiyyətli olduğundan malın dəyəri gömrük orqanı tərəfindən müvafiq qaydada müəyyən edildikdə, **********0366 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişləri idxal rüsumu üzrə 529.13 manat, ƏDV üzrə 730.20 manat ümumi isə 1259.33 manat və **********1780 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişləri idxal rüsumu üzrə 529.13 manat, ƏDV üzrə 730.20 manat ümumi isə 1259.33' manat olmaqla, ümumilikdə az miqdarda, .2518,66 rnanat^ gömrük ödənişlərinin ödənilməsindən yayınması aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflərməhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Qida məhsullarının rəsimləşdirilməsi şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMCnin ünvanına UU264NN/OO294K və Vİ700Dİ/SS2130 nömrəli a/m ilə ölkə ərazisinə daxil olmuş mallara tərtib edilən **********0366 / 321780 nömrəli GB-lərin yoxlanılması zamanı invoysda göstərilən dəyərlər ilə ixrac bəyannaməsində göstərilən dəyərlər arasında uyğunsuzluq olduğu aşkar edilmişdir.Qeyd edilən məsələ ilə bağlı müvafiq qeydlər aparılmış və GB-lər bəyannaməçiyə qaytarılmışdır.Lakin bəyannaməçi düzəliş edilmiş ixrac bəyannaməsini skan bölməsinə daxil etmiş və GB-ləri yenidən VAİS sisteminə göndərmişdir. GB-lər tərtib edilərkən skan edilmiş, sonradan düzəliş edilmiş ixrac bəyannamələri və digər sənədlər raporta əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli 9/7235 saylı ekspert rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində “royal Lexi Papaya" markalanma göstəricisi olan sabunun 1 ədədinin 27-28 sentyabr 2021-ci il tarixə orta bazar topdan satış qiyməti təxminən 0,70 manat, 192000 ədədinin qiyməti isə 134400,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Qida məhsullarının rəsimləşdirilməsi şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC tərəfindən **********0366 sorğu nömrəli (ümumi gömrük dəyəri 37740 azn) və **********1780 sorğu nömrəli (ümumi gömrük dəyəri 37740 azn) gömrük bəyannamələri ilə bəyan edilmiş malların Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7235 nömrəli 05.11,2021-ci il tarixli ekspert arayışına əsasən bazar qiymətləri əsas götürüldüyü təqdirdə **********0366 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişləri idxal rüsumu üzrə 529.13 manat, ƏDV üzrə 730.20 manat ümumi isə 1259.33 manat və **********1780 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişləri idxal rüsumu üzrə 529.13 manat, ƏDV üzrə 730.20 manat ümumi isə 1259.33 manat təşkil edəcəkdir. Şəxs direktoru X2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokola baxılması Səbail rayon məhkəməsinə göndərilmişdir. Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş prokol üzrə hesablanmış rüsum ödənilmişdir. Ümumilikdə Gömrük idarəsinə hesablanmış 2518,66 manat 29.12.2021-ci il tarixdə tam ödənilmişdir. İnzibati Xətalar məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi İnzibati Xətalar məcəlləsinə əsasən inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tam ödədikdə inzibati məxsuliyyətdən azad olunur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq inzibati icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş bank mədaxil qəbzlərindən görünür ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinin hesabına ümumilikdə 2518,66 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən əvvəllər İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş xəta törədilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC ilk dəfə olaraq az miqdarda inzibati xəta törətmiş və törətmiş olduğu xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokolla müəyyən edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən inzibati xəta nəticəsində vurulmuş ziyan Dövlət büdcəsinə tam şəkildə ödənildiyindən hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə hesab edir ki, barədində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-17/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-17/2022
05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver