Məhkəmə qərarları › İş №3(009)-170/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-170/2021

13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-170/2021 13.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 04 noyabr 2020-ci il tarixli 00100-2297/20 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-nin nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Şəxs QSC-nə Almaniyadan mineral gübrə göndərilmişdir. Bu mallar Bakı Baş Gömrük İdarəsində gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə” üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək üçün bəyan edilmişdir. Gömrük ekspertizası təyin edilmiş və nəticədə malın gübrə olmağı barədə və mineral gübrə qruplarına aid olmadığı müəyyən edilmişdir. Malın üzərində onun gübrə olmasını təsdiq edən heç bir yazı yox idi. Malı düzgün bəyan etməmək niyyəti olmayıb. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Prosedurları və Ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Almaniya Federasiyasından Bakı şəhəri Sabunçu rayonu şəhər şossesi ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına C159EY39/812405 nömrəli avtomaşınla ********** saylı 23.09.2020 tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********5860 sorğu nömrəli 22.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında 0 %-li gömrük rüsumu dərəcəsi və 36-cı qrafada imtiyaz 698b ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-012/002-25/005685 saylı 28.10.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən ********** saylı 23.09.2020-ci il tarixli invoysun 1-ci mövqeyi üzrə idxal olunan “Librel Mn” adlı, manqan mikroelementi, manqan disodium EDTA trihidrat (CAS 15375-84-5) əsaslı tərkib XİF MN-ə görə 3824 99 960 9 alt yarımmövqeyində sinifləşdirilir və təqdim olunmuş nümunənin markalanmasında onun gübrə olmağı barədə və istifadəsi haqqında heç bir məlumat olmadığından mineral gübrələr qrupuna aid deyil, yəni “5” % gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna və 18 % ƏDV-yə cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********5860 sorğu nömrəli 22.10.2020-ci il tarixli gömrük bəyannaməsinin bəyan edilmiş 1 -ci mövqeyi üzrə idxal olunan “Librel Mn” adlı, manqan mikroelementi, manqan disodium EDTA trihidrat (CAS 15375-84-5) əsaslı tərkib XİF MN-ə görə 3824 99 960 9 alt yarımmövqeyində sinifləşdirilir və təqdim olunmuş nümunənin markalanmasında onun gübrə olmağı barədə və istifadəsi haqqında heç bir məlumat olmadığından mineral gübrələr qrupuna aid deyil və belə olan təqdirdə “Şəxs QSC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 384.2135 azn, ƏDV üzrə 1453 AZN, elektron gömrük xidməti haqqı üzrə 30 AZN, elektron gömrük xidməti üzrə ƏDV 5.4 AZN təşkil edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" QSC (VÖEN **********) Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun 00100/1307 nömrəli 07.07.2020-ci il tarixli qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzib xətanı törətməyə görə təqsirli bilinib ilk dəfə inzibati xəta törtəməsi və vurduğu ziyanı tamam ödəməsi ilə əlaqədar məsuliyyətdən azad edilmiş, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hes edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçməds yenidən Almaniyada fəaliyyət göstərən “BASF SE” şirkətindən ********** nömrəli 23.09.2020-c tarixli invoys sənədinin müşayiəti ilə C159EY39/AE812405 nömrəli yük avtomobilində göndəril 3900 kq “Librel RMX 26” adlı malı 22 oktyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük idarəsin **********5860 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömr prosedurunda rəsmiləşdirərkən bu malların 900 kq-lıq hissəsinin markalanmasında onun güt olmağı barədə və istifadəsi haqqında heç bir məlumat olmadığından mineral gübrə qrupuna c olmamasına baxmayaraq mineral gübrə kimi yerləşdirməklə 384,21 manat idxal rüsumu 1453 manat X5 və 35,40 manat əməliyyat haqqından ibarət olmaqla 1872 mar 61 qəpik gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Həmçinin həmin protokola əsasən Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/030674 nömrəli 28.10.2020-ci il tarixli raporta əsasən Şəxs QSC-nin ünvanına C159EY39/812405 nömn avtomaşınla ********** saylı 23.09.2020 tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********5860 sorğu nömrəli 22.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanır bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında 0%-li gömrük rüsumu dərəcəsi və 36-cı qrafada imtiyaz 698b ilə bəyan edilmiş malların XİF MN üz hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-012/002-25/005685 saylı 28.10.2020-ci il tarix məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən ********** say 23.09.2020-ci il tarixli invoysun 1-ci mövqeyi üzrə idxal olunan “Librel Mn” adlı, manqa mikroelementi, manqan disodium EDTA trihidrat (CAS 15375-84-5) əsaslı tərkib XİF MN-ə gör 3824 99 960 9 alt yarımmövqeyində sinifləşdirilir və təqdim olunmuş nümunənin markalanmasınd onun gübrə olmağı barədə və istifadəsi haqqında heç bir məlumat olmadığından mineral gübrəle qrupuna aid deyil, yəni “5” % gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna və 18 % ƏDV-yə cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********5860 sorğu nömrəli 22.10.2020-ci tarixli gömrük bəyannaməsinin bəyan edilmiş 1-ci mövqeyi üzrə idxal olunan “Librel Mn” adlanan manqan mikroelementi, manqan disodium EDTA trihidrat (CAS 15375-84-5) əsaslı tərkib XİF MN- görə 3824 99 960 9 alt yarımmövqeyində sinifləşdirilir və təqdim olunmuş nümunəni markalanmasında onun gübrə olmağı barədə və istifadəsi haqqında heç bir məlumat olmadığında mineral gübrələr qrupuna aid deyil və belə olan təqdirdə “Şəxs QSC tərəfindən əlavə ödəniləcə gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 384.2135 azn, ƏDV üzrə 1453 AZh elektron gömrük xidməti haqqı üzrə 30 AZN, elektron gömrük xidməti üzrə ƏDV 5.4 AZN təşkil edir. İş materiallarında olan X1 idarəsinin 2200-012/002 25/005685 nömrəli 28.10.2020-ci il tarixli gömrük ekspertizası rəyinə əsasən Şəxs QSC-ni ünvanına ********** saylı 23.09.2020-ci il tarixli invoysun 1-ci mövqeyi üzrə idxal olunan “Libr« Mn” adlı, manqan mikroelementi, manqan disodium EDTA trihidrat (CAS 15375-84-5) əsaslı tərki XİF MN-ə görə 3824 99 960 9 alt yarımmövqeyində sinifləşdirilir və təqdim olunmuş nümunəni markalanmasında onun gübrə olmağı barədə və istifadəsi haqqında heç bir məlumat olmadığında mineral gübrələr qrupuna aid deyil. Həmçinin müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs QSC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, gömrük ekspertizası nəticəsində malın gübrə olmağı barədə və istifadəsi haqqında heç bir məlumat olmadığından mineral gübrə qruplarına aid olmaması müəyyən edilmişdir. Həqiqətən də malın üzərində onun gübrə olmasını təsdiq edən heç bir yazı yox idi. Ancaq onlar gübrə aldığını bildikləri üçün malı gömrük orqanın gübrə kimi bəyan etmişlər. Malı düzgün bəyan etməmək niyyəti olmayıb. Kodun dəyişməsinə görə yaranan gömrük ödənişlərini ödəmək üçün müraciət etmiş, buna görə də bəyannamədə müvafiq düzəliş edilərək ƏDV-dən ibarət gömrük ödənişlərini tamamilə ödəmişlər. Onu da qey etmişdir ki, Şəxs QSC əvvəllər Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə inziba məsuliyyətdən azad edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs QSC-nin QSC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 1872 manat 61 qəpik məbləğinin yetmiş faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 1872 manat 61 qəpik (bir min səkkiz yüz yetmiş iki manat altmış bir qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 1310 (bir bir üç yüz on) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar