Məhkəmə qərarları › İş №3(009)-1700/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1700/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1700/2022 17.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, Şəxs səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən Şəxs-nin barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-2174/22saylı, 14 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin “Sahil” gömrük postundan Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 34/026/022763 nömrəli raportda Şəxs xx.xx.2022-ci il tarixli **********9184 sorğu nömrəli və **********9345 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin bitdiyi, lakin Şəxs tərəfindən malların digər gömrük proseduru altında yerləşdirilməsi və ya öhdəlik müddətinin artırılması üçün heç bir müraciətin daxil olmadığı qeyd edilmişdir. 14 oktyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) barəsində toplanılmış material üzrə inzibati xəta tərkibinin mövcudluğunu göstərən kifayət qədər məlumatlar mövcud olduğundan Azərbaycanr Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə 00100-2174/22 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. Qeyd olunan raportda göstərilənlər araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxsnə gələn “Ağır obyektlərin yerdəyişməsi zamanı istifadə olunan “Mammoet” nişanlı qaldırıcı sistemlər üçün hissələr” yüklərinin ölkə ərazisindən aparılma müddətinin son tarixi xx.xx.2022-ci il tarix müəyyən edilsədə, adı qeyd olunan Şəxs tərəfindən malların öhdəlik müddəti bitdikdən 6 (altı) gün sonra xx.xx.2022-ci il tarixdə mallar müvafiq olaraq **********5113 sorğu nömrəli və **********5105 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə bəyan olunaraq təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirilmişdir. İs materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********9184 sorğu nömrəli və **********9345 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların ölkə ərazisindən aparılma müddətinin son tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə, əvvəlki məhkəmə iclasında iştirakı təmin olunmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs səlahiyyətli nümayəndəsi X3, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, Şəxs xx.xx.2022-ci il tarixli **********9184 sorğu nömrəli və **********9345 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin bitdiyinə baxmayaraq Şəxs tərəfindən malların digər gömrük proseduru altında yerləşdirilməsi və ya öhdəlik müddətinin artırılması üçün heç bir müraciət daxil olmadığından, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinin tərkibi var və onun 600 (altı yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar