Məhkəmə qərarları › İş №3(009)-1702/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1702/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1702/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 20 oktyabr 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC 82125.00 Avro məbləğində vəsaiti 08 oktyabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 82125.00 Avro məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 09 oktyabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Nümayəndə2 protokola etiraz edərək bildirmişdir ki, rəsmi sübutlara əsasən hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə İXM-nin 53-cü maddəsinə əsasən (inzibati xəta hadisəsinin baş verməməsi əsası ilə) xitam verilməlidir. Belə ki, Şəxs MMC ilə 03 fevral 2020-ci il tarixində “Sotra Anchor and CHAİN AS” şirkəti arasında 164.250 Avro dəyərində 374 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə görə Şəxs MMC öncədən “SAİPEM CONSTRANCTİNG NETHERLANDS b.v” şirkəti ilə əldə etdiyi razılığa əsasən həmin şirkət üçün qara metaldan bərkidicilərin Azərbaycana alınıb gətirilməsi Sifarişini “Sotra Anchor and CHAİN AS” şirkətinə sifariş vermişdir. Həmin müqaviləyə əsasən belə razılıq əldə edilmişdir ki, 50% müqavilə dəyərinin 82.125 Avro hissəsini avans qismində Şəxs MMC tərəfindən "Sotra Anchor and CHAİN AS” şirkətinə köçürülməlidir. Məhz həmin məbləği 12 fevral 2020-ci il tarixində Şəxs MMC “Sotra Anchor and CHAİN AS” şirkətinin bank hesabına köçümüşdür. Kəsir qalmış 82.125 Avro hissəsini isə xx.xx.2020-ci il tarixində UİS-AZ” MMC “Sotra Anchor and CHAİN AS” şirkətinin bank hesabına köçürmüşdür. Həmçinin Şəxs MMC ilə “SAİPEM CONSTRANCTİNG NETHERLANDS b.v” şirkəti arasında 05 fevral 2020-ci il tarixində PO ******* nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə görə qara metaldan bərkidicilərin Azərbaycana alınıb gətirilməsinə razılıq əldə edilmişdir. Razılığa əsasən həmin malın əslində ümumi dəyəri 218.000 Avro məbləğində müəyyən edilmişdir. Məhz Şəxs MMC ilə “SAİPEM CONSTRANCTİNG NETHERLANDS b.v” şirkəti arasında bağlanmış 05 fevral 2020-ci il tarixli PO1309828 nömrəli müqaviləyə və Şəxs MMC ilə “Sotra Anchor and CHAİN AS” şirkəti arasında olan 03 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, “SAİPEM CONSTRANCTİNG NETHERLANDS b.v” şirkəti üçün 28 aprel 2020-ci il tarixində 71.250 Avro, 12 avqust 2020-ci il tarixində 14.250 Avro, 29 oktyabr 2020-ci il tarixində 15.900 Avro və 26 noyabr 2020-ci il tarixində 111.300 Avro dəyərində qara metaldan bərkidicilər adlı mallar Azərbaycana idxal edilmişdir. Buna sübut kimi, hər bir gömrük bəyannaməsinin 8001 kodunun qarşısında “Sotra Anchor and CHAİN AS” şirkəti tərəfindən verilmiş İNVOİCE nömrələrinə istinad edilmişdir. Həmin İNVOİCE sənədlərindən görünür ki, malların sifarişçisi Şəxs MMC-dir və sifariş olunan mallar PO1309828 nömrəli müqaviləyə əsasən “SAİPEM CONSTRANCTİNG NETHERLANDS b.v” şirkəti üçün Azərbaycana idxal edilir. Göründüyü kimi köçürülmüş həmin məbləğlərin qarşılığında Azərbaycan Respublikasına müvafiq yük gömrük bəyannamələrinə əsasən satın alınan mallar gömrük orqanına bəyan edilmiş və həmin malların hamısı ölkəyə buraxılmışdır. Bütün bu hallardan müəyyən edilir ki, Şəxs MMC ilə 03 fevral 2020-ci il tarixində “Sotra Anchor and Chain AS” şirkəti arasında 164.250 Avro dəyərində 374 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə görə Şəxs MMC öncədən "xxxx" şirkəti ilə əldə etdiyi razılığa əsasən həmin şirkət üçün qara metaldan bərkidicilərin Azərbaycana alınıb gətirilməsi sifarişini “Sotra Anchor and Chain AS” şirkətinə sifariş vermişdir. Həmin müqaviləyə əsasən belə razılıq əldə edilmişdir ki, 50% müqavilə dəyərinin 82.125 avro hissəsini avans qismində Şəxs MMC tərəfindəm “Sotra Anchor and Chain AS” şirkətinə köçürülməlidir. Məhz buna görə də kəsir qalmış 82.125 Avro hissəsini xx.xx.2020-ci il tarixində UİS-AZ” MMC “Sotra Anchor and CHAİN AS” şirkətinin bank hesabına köçürmüşdür. Əslində Şəxs MMC ilə "xxxx" şirkəti arasında bağlanmış 05 fevral 2020-ci il tarixli PO ******* saylı müqaviləyə görə isə qara metaldan bərkidicilərin Azərbaycana alınıb gətirilməsinə razılıq əldə edilmişdir. Razılığa əsasən həmin malların əslində ümumi dəyəri 218.000 Avro məbləğində müəyyən edilmişdir. Beləliklə, bütün bu hallardan müəyyən edilir ki, "xxxx" MMC tərəfindən iki dəfəyə 82.125.00 +82.125.00 Avro məbləğlərində xarici valyutada olan vəsaitlər birinci dəfə avans olaraq 12 fevral 2020-ci il tarixdə, ikinci dəfə isə xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən bankda olan hesablarından Azərbaycan Respublikasından kənara ödəniş etməklə köçürülmüş, həmin köçürmələrə əsasən də satın alınmış mallar **********4354, **********6279, **********2951 və **********4109 saylı gömrük bəyannamələri ilə vaxtında, yəni qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. İnzibati xəta haqqında protokol Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə törədilmiş inzibati xətanın tərkibi o halda yaranır ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış olsun. Hazırda isə, məhkəməyə təqdim edilmiş müqavilə və sazişlərin məzmunlarından, iş materiallarına əlavə edilmiş **********4354, **********6279, **********2951 və **********4109 saylı gömrük bəyannamələrindən və nəhayət “SAİPEM CONSTRANCTİNG NETHERLANDS b.v” şirkəti tərəfindən Bakı şəhər Səbail Rayon Məhkəməsinə ünvanlanmış 06 aprel 2022-ci il tarixli məktubun məzmunundan görünür ki, bütün mallar vaxtında ölkəyə idxal edilmişdir. Odur ki, təqdim edilmiş həmin sübutlara əsasən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 13 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə müvafiq olaraq xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, xx.xx.2020-ci il tarixli, 374 saylı müqavilə və xx.xx.2020-ci il tarxli, M2095 saylı İNVOİCE əsasında Şəxs MMC tərəfindən 82125.00 (səksən iki min bir yüz iyirmi beş) AVRO məbləğində vəsait Sotra Anchor and Chain AS-in bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Hava Nəqliyyatında Baş Gömrük idarəsinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış məktubundan görünür ki, X1 AS tərəfindən xx.xx.2020-ci il tarixli, UİS 374 nömrəli müqaviləyə görə Şəxs MMC-yə **********6 nömrəli qaimə, 20202008 nömrəli invoys ilə göndərilən qara metallardan, qaldırıcı qurğular üçün digər zəncirlərdən ibarət mallar **********3044 sorğu nömrəli gömrük bəyannaməsi əsasında xx.xx.2020-ci il tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Səbail rayon məhkəməsi 3(009)-620/2022 saylı, 18 aprel 2022-ci il tarixli qərarından görünür ki, Şəxs MMC ilə 03 fevral 2020-ci il tarixində “Sotra Anchor and Chain AS" şirkəti arasında 164.250 Avro dəyərində 374 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə görə Şəxs MMC öncədən "xxxx" şirkəti ilə əldə etdiyi razılığa əsasən həmin şirkət üçün qara metaldan bərkidicilərin Azərbaycana alınıb gətirilməsi sifarişini “Sotra Anchor and Chain AS” şirkətinə sifariş vermişdir. Həmin müqaviləyə əsasən belə razılıq əldə edilmişdir ki, 50% müqavilə dəyərinin 82.125 avro hissəsini avans qismində Şəxs MMC tərəfindəm “Sotra Anchor änd Chain AS” şirkətinə köçürülməlidir. "xxxx" Şirkəti tərəfindən Səbail Rayon Məhkəməsinə ünvanlanmış 06 aprel 2022-ci il tarixli məktubdan görünür ki, **********4354, **********6279, **********2951 və **********4109 sorğu nömrəli Gömrük Bəyannamələrinə əsasən Niderland şirkəti olan “Sotra Anchor & Chain-Rotterdam Yard”dan qara metaldan bərkidicilər adlı mallar Şəxs MMC ilə "xxxx" şirkəti arasında bağlanmış olan ******* nömrəli Mal Sifarişi orderinə əsasən "xxxx" Şirkətinin Azərbaycandakı Filialı üçün Azərbaycana idxal edilmişdir. Belə ki, həmin malın dəyəri UİS-AZ MMC tərəfindən Niderland şirkəti olan “Sotra Anchor & Chain-Rotterdam Yard” şirkətinə ödənildiyindən, “Sotra Anchor & Chain- Rotterdam Yard” şirkətinə "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ölkədən kənara artıq əlavə heç bir ödəniş ödənilməyəcəkdir. Həmin malların tam dəyəri tərəflərindən UİS- AZ MMC-yə ödənilmişdir. Şəxs MMC ilə "xxxx" şirkəti arasında bağlanmış 05 fevral 2020-ci il tarixli PO ******* saylı müqaviləyə görə qara metaldan bərkidicilərin Azərbaycana alınıb gətirilməsinə razılıq əldə edilmişdir. Razılığa əsasən həmin malların əslində ümumi dəyəri 218.000 Avro məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC öncədən "xxxx" şirkəti ilə əldə etdiyi razılığa əsasən həmin şirkət üçün qara metaldan bərkidicilərin Azərbaycana alınıb gətirilməsi məqsədilə “Sotra Anchor and Chain AS” şirkətinə sifariş vermiş, müqaviləyə əsasən müqavilə dəyərinin 50%-i, yəni 82.125 avro hissəsi Şəxs MMC tərəfindən avans qismində “Sotra Anchor and Chain AS” şirkətinə köçürülmüş, kəsir qalmış 82.125 Avro hissəsini isə xx.xx.2020-ci il tarixində “Sotra Anchor and CHAİN AS” şirkətinin bank hesabına köçürmüşdür. Şəxs MMC tərəfindən 08 Oktyabr 2020-ci il tarixdə xaricə köçürülmüş 82125.00 Avro məbləğində vəsait hesabına alınan mallar "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar