Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1709/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Bakı şəhər Səbail rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmişin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar, 13cü Badamdar üç, Hərbi Barak ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail rayon İcra Şöbəsinin icra məmuru Vasif Həsənli tərəfindən Sabunçu Rayon Məhkəməsinin 8(008)-2/2024-014 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-2/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7781/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi, tələbkar X1 xx.xx.2012-ci il təvəllüdlü nəvəsi X6 ilə hər həftənin şənbə günü saat 18.00-dan 19.00-dək tələbkarın yaşadığı ünvan 2 ünvanında ünsiyyətdə olmaqla icra edilsin. İcra sənədi xx.xx.2024-cü il tarixdə Səbail rayon icra şöbəsinin icraatına daxil olmuş, icrası mənə həvalə edilməklə qanunla nəzərdə tutulan icra tədbirləri həyata keçirilmiş, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. xx.xx.2024-cü il tarixdə uşaqla ünsiyyətin təmini məqsədi ilə ünvan 2 ünvanında görüş təşkil olunmuş lakin cavabdeh Şəxs görüşə gəlməmiş və həmin tarixdə akt tərtib edilmişdir. İcra sənədi üzrə tələb borclu tərəfindən qanunla müəyyən olunmuş qaydada və müddət ərzində təmin edilməsi məqsədilə icra sənədində göstərilən tələbi təmin etmədiyi təqdirdə isə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə şöbədə olmuş, ona icra sənədinin mahiyyəti, icranmm könüllü və məcburi mexanizmi, onun hüquq və vəzifələri izah edilmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması barədə xəbardar edilmişdir. İcra sənədinin təmini məqsədi ilə borclunun məcburi gətirilməsi ilə bağlı qərar qəbul olunaraq Sabunçu ray, ünvan 3 ünvanına göndərilmişdir. Lakin borclu Şəxs şöbəyə yaxınlaşmamış və borclunun məcburi gətirilməsi ilə bağlı təqdimat hazırlanaraq Səbail rayon məhkəməsinə müraciət edilmişdir. Səbail rayon məhkəməsinin 8(009)-133/2024-cü il tarixli qərardadı qərar təmin olunmuş icra edilməsi üçün Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə göndərilmişdir. Göründüyü kimi borclu Şəxs tərəfindən tələbin real icrasına yönələn hər hansı bir təşəbbüs göstərilməmiş, icra məmurunun qanuni tələbləri üzürsüz səbəbdən yerinə yetirilməmiş və bu günədək məhkəmə qərarları ilə müəyyən edilmiş tələb təmin edilməmişdir. Hazırda tələbkar tərəf məhkəmə əmrinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X3 tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavədə göstərilənləri müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmişin nümayəndəsi X7 onun barəsində ən ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında icra işindən xəbəri olmadığını bildirərək barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1709/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1709/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver