Məhkəmə qərarları › İş №3(009)-171/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-171/2021

14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-171/2021 14.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, subay, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan küçəsi, ev 621-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsndən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2021-ci il tarixdə sosial şəbəkədə təhqir olunduğu üçün video çıxışda özünü X1 əməkdaşı kimi təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə bu sosial baxışı izləyən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və Şəxs bölməyə dəvət etmişlər. Lakin Şəxs polisin bu tələbini rədd etmiş, onlardan uzaqlaşaraq getmək istəmişdir. Polis əməkdaşları onu yenidən polis bölməsinə dəvət etdikdə, onları söyüb təhqir etmişdir. Bununla da Şəxs AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, o törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Şəxs həmçinin göstərmişdir ki, ona yaxınlaşan polis əməkdaşları mülki geyimdə olduğundan onları polis əəmkdaşı kimi qəbul etməmiş və bu səbəbdən onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 535.1-ci maddəsinin tərkibi mövcuddur. Beləliklə tərtib edilmiş protokolla, raportla və Şəxs etirafedici izahatı ilə onun inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inizbati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inizbati xəta törədən şəxsin şəxsiyyətini və işin faktiki hallarını nəzərə alaraq Şəxs AR İMX-nın 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. AR İXM-nın 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə eyni zamanda inzibati xəta törədən şəxsin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş cərimə növündə tənbehin həddi 150 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və AR İXM-nın 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar