Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-171/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X4 Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 01 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 01 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-2101/2022 saylı icra sənədini borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Həmçinin 01 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2101/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli İcra sənədi üzrə borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 386 sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icra tədbirlərinə başlanılmışdır. Borclunun ünvanına xəbərdarlıq məktubu çağırılaraq şöbəyə dəvət edilmiş, lakin o, bu çağırışlara məhəl qoymamışdır. xx.xx.2022-ci il tarixdə borclunun barəsində məcburi gətirilmə ilə bağlı təqdimatla Səbail rayon məhkəməsinə müraciət edilmiş, qərardad qəbul edilmiş və icra üçün Səbail RPİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borclunun izahatı alınmış, işləmədiyi üçün alimenti ödəyə bilmədiyini, hazıradək heç bir ödəniş etmədiyini və qalıq 3860 manat aliment borcunun qaldığını bildirmişdir. Qalıq borcu tam şəkildə deyil, yanlızca hissə-hissə şəkildə ödəyə biləcəyini bildirmişdir. Hesab edirəm ki, borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-2101/2022 saylı qərarına əsasən hər ay zərərçəkmiş X3 386 manat aliment ödəməlidir, zərərçəkmiş şəxsə olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, lakin maddi vəziyyəti ilə bağlı olaraq işləmədiyi üçün icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. Qalıq borcu tam şəkildə deyil, yanlızca hissə-hissə şəkildə ödəyə biləcəyini bildirmişdir. Həmçinin məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, 2023-cü ilin mart ayından başlayaraq ona hər ay 200 manat ödəyəcəyinə söz verir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X5 izahatında bildirmişdir ki, Şəxs məhkəmə qərarına əsasən ona hər ay 386 manat aliment ödəməlidir, lakin bu günə qədər heç bir ödəniş etməmişdir. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, onunla aralarında razılıq əldə olunmuşdur. Şəxs ona 2023-cü ilin mart ayından başlayaraq hər ay 200 manat ödəyəcəyinə dair söz vermişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-2101/2022 saylı icra sənədinə əsasən Şəxs 28 dekabr 2005-ci il təvəllüdlü X10 və 28 dekabr 2005-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədi icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-2101/2022 saylı icra sənədi üzrə icraata başlanılması və borclu Şəxs icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(010)-2101/2022 saylı icra sənədində göstərilən tələbin könüllü icra edilməsi xahiş edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-2101/2022 saylı icra sənədinə əsasən yaranmış qalıq 3860 manat borc, borclu tərəfindən maddi durumunun pis olması səbəbindən- işləmədiyi üçün yaranmışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və mütəmadi ödənişlər etməyi öz öhdəsinə götürür. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs hər hansı bir hərəkəti müəyyən olunmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-171/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-171/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver