Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1711/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədirliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB-si tərəfindən tərtib edilmiş 26 oktyabr 2022-ci il tarixli, MN seriyalı 1642957, 26 oktyabr 2022-ci il tarixli, MN seriyalı 1642960, 26 oktyabr 2022-ci il tarixli, MN seriyalı 1642959, 26 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə 3(009)- 1711/2022, 3(009)-1712/2022, 3(009)-1713/2022, 3(009)-1714/2022 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilmiş, həmin işlərə 3(009)-1711/2022 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması və iş başqa işə birləşdiyindən 3(009)-1712/2022, 3(009)-1713/2022 və 3(009)-1714/2022 saylı saylı inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsi qərara alınmışdır İş materiallarında olan 26 oktyabr 2022-ci il tarixli, MN seriyalı 1642957, 26 oktyabr 2022-ci il tarixli, MN seriyalı 1642960, 26 oktyabr 2022-ci il tarixli, MN seriyalı 1642959, 26 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə vətəndaş X4 məxsus su sayğacını oğurlamış, xx.xx.2022ci il tarixdə vətəndaş X1 məxsus 100 manat dəyərində ət məhsullarını oğurlamış, xx.xx.2022-ci il tarixdə vətəndaş Süleymanov Rəfail Vəkil oğluna məxsus su sayğacını oğurlamış və xx.xx.2022-ci il tarixdə vətəndaş X2 məxsus su sayğacını oğurlamışdır. İş materiallarında olan, 25 oktyabr 2022-ci il tarixli AZA 015007 saylı inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 25 oktyabr 2022-ci il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, X8 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, əməlindən səmimi peşman olduğunu, ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X4 məxsus su sayğacını oğurlamış, xx.xx.2022-ci il tarixdə vətəndaş X1 məxsus 100 manat dəyərində ət məhsullarını oğurlamış, xx.xx.2022-ci il tarixdə vətəndaş Süleymanov Rəfail Vəkil oğluna məxsus su sayğacını oğurlamış və xx.xx.2022-ci il tarixdə vətəndaş X2 məxsus su sayğacını oğurlamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Əliyev X6 Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-1711/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1711/2022
26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver