Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1715/2022 25.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair "xxxx" Birgə müəssisəsinin baş direktoru Nümayəndə1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş "xxxx" Birgə müəssisəsinin baş direktoru Nümayəndə1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Birgə Müəssisəsinin baş direktoru Nümayəndə1 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 10 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və Nümayəndə1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" Birgə Müəssisəsinin baş direktoru Nümayəndə1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətam törətdiyindən, barəsində 2000 AZN məbləğində inzibati cərimə tətbiq edilmişdir. İdarənin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı əsassız olduğundan ləğv edilməli və "xxxx" Birgə Müəssisəsinin baş direktoru Nümayəndə1 barəsində Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İdarənin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarın qəbul edilməsinə əsas işçilər X2, X3 və X4 barəsindəki əmək müqavilələrinə əmək qanunverciliyinin tələblərinin pozularaq xitam verilməsi olmuşdur. Həmin qərara əsasən "xxxx" B.M.-in baş direktorunun İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı (işçilərin əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) törətməsi müəyyən edilmiş və onun barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hər üç işçi X6 Xidmətinə etdikləri müraciətlərində və şikayətərində onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi hallarından şikayət etməmiş, sadəcə əlavə üç aylıq pul təminatı ala bilmədiklərindən şikayətlənmişlər. Hətta, işçilərdən X1 Müfəttişliyə müraciət edərək, əvvəlki şikayətində göstərdiklərini müdafiə etmədiyini, əməlindən peşman olduğunu sonrakı ərizələrində göstərsə də, DƏMX-nin Bakı şəhər idarəsi işəgötürən "xxxx" Birgə Müəssisəsinin baş direktorunun barəsində inzibati cərimə tətbiq etməkdə israrlı olmuşdur. İdarənin işəgötürən "xxxx" Birgə Müəssisəsinin baş direktoru Nümayəndə1 barəsində qəbul etdiyi xx.xx.2022ci il tarixli MN ******* saylı qərarda əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinin tələblərinin pozularaq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı göstərilənlərlə qətiyyən razı deyil. İdarənin işəgötürən "xxxx" B.M.-in işçilər İlyas Məhərrəmov, Elşad Nəsrullayev və Tərlan Ömərli barəsindəki əmək müqavilələrinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinin tələblərinin pozularaq xitam verilməsini İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi kimi qiymətləndirməsi yolverilməzdir, çünki bu ən yaxşı halda, əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı işçilər tərəfindən qaldırıla bilən fərdi əmək mübahisəsinin predmeti ola bilər (hal-hazıradək belə bir mübahisə mövcud deyil). İdarənin işəgötürən "xxxx" B.M.in baş direktorunun əməllərini əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsinə xitam verilməsinə görə onun barəsində cərimə inzibati tənbeh tədbirini tətbiq etməsi qanunsuz və əsassız olduğundan qərar ləğv edilməli və inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsi olmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməslidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53.1.1,105.1,134.1.3 və 135.1.5-1-ci maddələrini rəhbər tutaraq məhkəmədən, "xxxx" Birgə Müəssisəsinin baş direktoru Nümayəndə1 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və Nümayəndə1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, "xxxx" Birgə Müəssisəsinin baş direktoru Nümayəndə1 tərəfindən X2, X3 və X4 əmək müqavilələrinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı mədəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 20 iyul 2022-ci il tarixdə "xxxx" Birgə Müəssisəsinin baş direktoru Nümayəndə1 tərəfindən imzalanmış 07 sentyabr 2022-ci il tarixli 315/K saylı əmrdən çıxarışdan görünür ki, Azf-104 layihəsinin 4-cü dərəcəli betonçusu X2 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) son haqq-hesab ödənilməklə xitam verilmişdir. 29 avqust 2022-ci il tarixdə "xxxx" Birgə Müəssisəsinin baş direktoru Nümayəndə1 tərəfindən imzalanmış 18 iyul 2022-ci il tarixli 310/K saylı əmrdən çıxarışdan görünür ki, Azf-100 layihəsinin 3-cü dərəcəli fəhləsi X3 əmək müqaviləsinə 18 iyul 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) son haqq-hesab ödənilməklə xitam verilmişdir. 29 iyul 2022-ci il tarixdə "xxxx" Birgə Müəssisəsinin baş direktoru Nümayəndə1 tərəfindən imzalanmış 13 iyul 2022-ci il tarixli 305/K saylı əmrdən çıxarışdan görünür ki, Azf-100 layihəsinin qaynaqçısı X4 əmək müqaviləsinə 13 iyul 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) son haqq-hesab ödənilməklə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə görə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin e bəndinə əsasən, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: tərəflərin qarşılıqlı razılığı; səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" Birgə Müəssisəsinin baş direktoru Nümayəndə1 tərəfindən X2, X3 və X4 barəsindəki əmək müqavilələrinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, yuxarıda sadalanan əmrdən çıxarışlardan göründüyü kimi X2, X3 və X4 əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsi göstərilməklə xitam verilmişdir. Belə olan halda qanunvericiliyin tələbinə uyğun olaraq işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürməli idi, həmçinin bu əmək müqaviləsinə hökmən daxil edilməliydi. Təqdim edilmiş sənədlərdən isə qanunvericiliyin bu tələblərinə riayət olunmadığı aşkardır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs şikayət ərizəsində bu məsələnin fərdi əmək mübahisəsinin predmeti ola biləcəyini qeyd edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" Birgə Müəssisəsinin baş direktoru Nümayəndə1 barəsində haqlı olaraq 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı qərar ilə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, "xxxx" Birgə Müəssisəsinin baş direktoru Nümayəndə1 barəsində çıxarılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 10 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Nümayəndə1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" Birgə Müəssisəsinin baş direktoru Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 10 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1715/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1715/2022
25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver