Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1721/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, Ə. Cəmil küçəsi, ev 70 B, m 784 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 avqust 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və iş materiallarından görünür ki, Şəxs 20 iyul 2021-ci il tarixdə, saat 17:20-də Azərbaycan prospekti 8 ünvanında Şəxs idarə etdiyi «TOYOTA PRİUS (HİBRİD) MİNİK» markalı 10 UY608 dövlət qeydiyyat nişanlı avtomobil ilə piyada yolu keçən X4 vuraraq xəsarət yetirməsinə görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxsnın Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 11 avqust 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs izahatı alınmış və o, izahatında bildirmişdir ki, 20.07.2021-ci il tarixdə saat 17:20 radələrində X9 məxsus olan və etibarnamə ilə idarə etdiyi “Toyota Prius (Hibrid)” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili Səbail rayonu, Azərbaycan prospektində yolun birinci zolağı ilə geriyə hərəkət etdirən zaman avtomobilin sol arxa yan hissəsi ilə yolu keçən piyada qadını vurmuşdur. Avtomobili həmin yerdə dərhal dayandırmış və həmin qadına yaxınlaşıb, xəsarət alıbalmaması ilə maraqlanmışdır. Həmin qadın özünü X2 təqdim etmiş və sol ayağının avtomobilin arxa təkərinin altında qaldığını bildirmişdir. Hadisə yerinə gələn YPX-nin əməkdaşı yolun hərəkət hissəsini bağlamamaq üçün avtomobili kənara çəkməsini bildirmişdir. O, həmin qadını avtomobilinə əyləşdirmiş və avtomobili yolun hərəkət hissəsindən çıxarıb, yaxınlıqda saxlamışdır. Hadisə yerinə təcili tibbi yardım çağrılmış və təcili tibbi yardım maşını həmin qadını xəstəxanaya aparmış, o isə hadisə yerində qalmışdır. Sonra onun iştirakı ilə hadisə sənədləşdirilmişdir. İşin mahiyyəti üzrə sualları cavablandıran Şəxs qeyd etmişdir ki, avtomobili idarə etmək üçün sürücülük hüququ vardır. Hadisə Səbail rayonu, Azərbaycan prospekti 8 ünvanında, “Mərkəzi Univermaq”la üzbəüz yolun birinci zolağında baş vermiş, o, idarə etdiyi avtomobilin arxa bamperinin sol yan hissəsi ilə piyadanı vurmuşdur. Avtomobili geriyə hərəkət etdirən zaman sürəti 15 km/saat olmuşdur. O, əvvəlcə sol, sonra isə sağ yan güzgüyə baxıb, başını sağdan arxaya çevirmiş və arxa alın şüşəsindən yola baxa-baxa avtomobili geriyə hərəkət etdirmişdir. Piyada onun geri hərəkət istiqaməti üzrə yolu sağdan sola keçmiş, lakin necə keçdiyini görməmiş, bunu hadisədən sonra bilmişdir. Təhlükə onun üçün təxminən 12-13 metr geri hərəkət etdikdən sonra arxadan gələn taqqıltı səsi zamanı yaranmış, həmin an dərhal tormoz əyləcindən istifadə etməklə avtomobili dayandırsa da, artıq hadisə baş vermişdir. O, piyadanın yolu keçdiyini əvvəlcədən görməmiş və həmin yerdə yeraltı piyada keçidi olduğundan, piyadanın yolun hərəkət hissəsinə çıxacağını düşünməmişdir. Həmin vaxt yolda sıxlıq olmamış, yol boş olmuşdur. Avtomobili idarə edən zaman spirtli içki qəbul etməmişdir. Avtomobildə tək olmuş, sərnişin və artıq yük olmamışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı avtomobildə heç bir zədə olmamış, sadəcə, arxa bamperin sol yan hissəsindəki tozlu hissədə sürtünmə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası SN-nin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 Səbail rayon şöbəsinin 22.07.2021-ci il tarixli 455 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1969-cu il təvəllüdlü X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol ayaq pəncəsinin ayaqarxası səthinin və ayaq barmaqlarının hərəkət məhdudluğu ilə müşaiyət olunan şişkinliyi və hematoması halında əziyi (küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 20.07.2021-ci il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan X3 04.08.2021-ci il tarixli ərizəsindən görünür ki, X1 RPİ-yə müraciət edərək, 20.07.2021-ci il tarixdə Səbail rayonu, Azərbaycan prospekti 8 ünvanında yolu keçən zaman “Toyota Prius” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu vuraraq xəsarət yetirməsi ilə bağlı sürücü Şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Belə ki, sürücü ona tibbi yardımın göstərilməsi və müalicəsi ilə bağlı hər cür köməklik etmişdir. X10 araşdırmanın dayandırılmasını ərizəsində xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxsnın özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxsnın məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxsnın şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1721/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1721/2021
30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver