Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1722/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati tənbeh tətbiq edilən şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 06 sentyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 06 sentyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsi tərəfindən TP ******* saylı 11 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və həmin qərardan o, Bakı şəhəri Səbail Rayon Məhkəməinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-1693/2024 saylı qərarı ilə şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP ******* saylı 11 iyun 2024-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməsi və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, "məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, şahidlər dindirilməklə, hadisəyə dair videogörüntülərə baxış keçirilməklə yenidən əsaslı qərar qəbul edilməlidir". Lakin qeyd edilən qərarın qəbul edilməsindən 9 ay vaxt keçməsinə baxmayaraq məhkəmənin qərarında göstərilən məsələlərin aydınlaşdırılması üçün onu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinə dəvət etməmişlər. 03 may 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-1693/2024 saylı qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinə yaxınlaşmış və ona bildirmişdirlər ki, barəsində təkrar xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 150 manat məbləğində cərimə edilmişdir. O dərhal həmin gün (xx.xx.2025-ci il) rəsmi qaydada inzibati qaydada tənbeh edilməsi barədə qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi məhkəmənin qərarında göstərilən qaydada araşdırma aparılmadan, yəni, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsi barəsində araşdırma apararkən, iştirkını təmin etməmiş və bununla da qanunsuz və əsassız olaraq onun onu təkrar 06 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 150 manat məbləğində cərimə etmişlər. O, Bakı şəhər Baş X5 İdarəsinin 21 may 2025-ci il tarixli İXP ******* nömrəli protokolunun və ona əsasən verilmiş 31 may 2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəməyə videogörüntü təqdim etmişdir və barəsində inzibati tənbeh tətbiq edilən şəxs X1 İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozduğunu və bu səbəbdən şikayətin əsassız hesab olunaraq təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilən şəxs X2 izahatında bildirmişdir ki, Bakı Şəhər X4 İdarəsi tərəfindən TP ******* saylı 11 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və həmin qərardan o, Bakı şəhəri Səbail Rayon Məhkəməinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-1693/2024 saylı qərarı ilə şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP ******* saylı 11 iyun 2024-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməsi və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, "məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, şahidlər dindirilməklə, hadisəyə dair videogörüntülərə baxış keçirilməklə yenidən əsaslı qərar qəbul edilməlidir". Məhkəmənin qərarında göstərilən qaydada araşdırma aparılmadan, yəni, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsi barəsində araşdırma apararkən, iştirakını təmin etməmiş və bununla da qanunsuz və əsassız olaraq onu təkrar xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 150 manat məbləğində cərimə etmişlər. X2 əlavə olaraq bildirmişdir ki, sözügedən inzibati xətanı törətmişdir, lakin inzibati icraat qanun pozuntularına yol verilərək aparılmışdır. Məhkəmə iş materiallarını araşdırıraraq, təqdim edilmiş videogörüntüyə baxış keçirərək və proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 06 sentyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 “Hyundai Elantra MİNİK” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə edilmə növü haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəməyə təqdim olunmuş və tərəflərin iştirakları ilə baxış keçirilmiş videogörüntüdən görünür ki, X2 Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova küçəsi ərazisində “Hyundai Elantra MİNİK” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən üfüqi nişanlanma xəttinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətin predmeti işin mahiyyətinə aid deyildir. Şəxsin verdiyi şikayət inzibati icraatda yol verildiyi iddia edilən formal və ya prosedur pozuntularla bağlıdır. Lakin bu pozuntulara nəzarət orqanının məhkəmə olmaması ilə yanaşı, sözügedən pozuntular inzibati xətanın faktiki törədilməsi və hüquqi tərkibi ilə birbaşa bağlı deyildir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X1 Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova küçəsi ərazisində “Hyundai Elantra MİNİK” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 06 sentyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 06 sentyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1722/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1722/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver