Məhkəmə qərarları › İş №3(009)-1723/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1723/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1723/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yol Polis İdarəsinin tərtib etdiyi 19 iyul 2024-ci il tarixli EQ 22432866 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yol Polis İdarəsinin tərtib etdiyi 19 iyul 2024-ci il tarixli EQ 22432866 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yol Polis İdarəsinin tərtib etdiyi 19 iyul 2024-ci il tarixli EQ 22432866 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət ona geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş şikayətdən inzibati xəta haqqında qərarın mövcudluğu öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh vermə haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, verilmiş şikayətdən inzibati xəta haqqında qərarın mövcudluğu öz təsdiqini tapmadığından X2 tərəfindən verilmiş şikayət ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yol Polis İdarəsinin tərtib etdiyi 19 iyul 2024-ci il tarixli EQ 22432866 saylı saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayəti ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar