Məhkəmə qərarları › İş №3(009)-1724/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1724/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1724/2024 20.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əhmədova Raminə Feyruz qızının katibliyi, Səbail rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, xx.xx.1981-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, məhkum olunmamış, 1 nömrəli şəhər poliklinikasında həkim-cərrah işləyən, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 48A, mənzil 13-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində 1 nömrəli poliklinikanın baş həkiminin xidməti iş otağında və eyni zamanda baş həkimin qəbul otağında əsassız yerə səs-küy salaraq qışqırmağa başlamış, yüksək səslə bütün tibb işçilərini nalayiq sözlərlə təhqir edərək ictimai qaydanı pozmuşdur. Bu barədə Səbail rayon prokurorluğu xx.xx.2024-cü il tarixdə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, Səbail rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli Qərarı qanunsuz olmaqla yanaşı eyni zamanda əsassızdır, belə ki, təqdim olunmuş sübutlara əsasən Səbail rayon Prokurorluğunun eyni şəxsə qarşı eyni maddə ilə və eyni əsasla xx.xx.2024-cü il tarixli Qərarı mövcuddur, həmin qərara dair isə Səbail rayon Məhkəməsinin 3(009)-1263/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılması haqqında qanuni qüvvəsini almış qərar mövcuddur. Geri qaytarılmanın əsası isə Prokuroluq tərəfindən, İnzibati Xətalar Məcəlləsinin 103.1-ci və 102.6-cı maddələrinin tələbləriini ciddi pozulması olmuşdur. Göründüyü kimi Prokurorluğun eyni şəxsə qarşı və eyni əsasla qanuni qüvvəsində olan qərarı olduğu halda Səbail rayon Prokurorluğu heç bir hüquqi olmayan eyni qərarı sadəcə tarixini dəyişərək məhkəməyə təqdim etmişdir ki, bunun özü belə qanunsuzdur. Bundan əlavə qeyd edilməlidir ki, Səbail rayon Prokurorluğu özü belə İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsinin pozmuşdur. Belə ki, inzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsəsən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində qeyd edilir ki, həmin məcəllənin, 103-cü, maddəsində müəyyən edilmiş müddətlərin pozulmasına görə -vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməlidir. 2. İnzibati Xətalar Məcəlləsinin Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar qeyd edilmişdir, 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; Həmin Məcəllənin 38.3-cü maddəsində qeyd edilir ki, Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki vəziyyətdə müəyyən edilir ki, Cinayət işinin başlanması rədd edilməsi haqqında 24-3-2/2- 319/0240 saylı materiala dair xx.xx.2024~cü il tarixli qərarı movddur. Həmin qərarın qəbul edildiyi gündən 3 ay müddəti ötmüşdür, belə olan halda barəsində inzibati icraat aparılan şəxs Şəxs hər hansı inzibati tənbeh verilə bilməz. Məhkəmə iclasında iştirak edən Səbail rayon prokurorunun köməkçisi X2 qərarda qeyd edilənləri müdafiə edərək inzibati Xətalar Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil etirazı müdafiə etdiyini, iş üzrə icraata xitam verilməsini və Səbail rayon prokurorluğunun cərimə edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, xx.xx.2024-cü il tarixli qərar əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Səbail rayon prokurorluğu 16 may 2024-cü il tarixli qərardan görünür ki, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 3(009)-1263/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə 16 may 2024-cü il tarixdə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Səbail rayon prokurorluğunun eyni şəxs barəsində və eyni əsaslarla ləğv edilməmiş qanuni qüvvəsində olan qərarı olduğu halda heç bir hüquqi əsası olmadan eyni qərarı sadəcə tarixini dəyişərək məhkəməyə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli qərar əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 102.6, 103.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : xx.xx.2024-cü il tarixli qərar əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar