Məhkəmə qərarları › İş №3(009)-1725/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1725/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1725/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, Səbail RPİ-nin 41-ci PB-nin sahə rəisi polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Ağdam rayonunun, Seyidli kəndində anadan olmuş, AR vətəndaşı, subay, ali təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:45-dən saat 20:00-dək Səbail RPİ-nin 41-ci PB-sinin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmaamışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Səbail RPİ-nin 41-ci PB-nin sahə rəisi, polis mayoru X2 protokolu müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində təhkim olunduğu 7 saylı inzibati ərazidə xidmət aparan zaman 1 -ci Neftçilər Döngəsi, ev 2, mənzil 1-də təmir işləri aparıldığını müəyyən edib mənzilə yaxınlaşıb konstruksiya dəyişikliyi aparılıbapırılmadığı ilə maraqlandıqda evdə işləyən 2 nəfər usta ev sahibinin evdə olmadığını əsas gətirərək təmir barədə heç bir məlumat verə bilməyəcəyini bildirdi. Ustadan ev sahibi Hüseyn adlı şəxsin mobil telefon nömrəsini öyrənib ona zəng vurub özünü təqdim edib təmir işlərinə görə zəng etdiyini izah etdikdə o, hazırda kənarda olduğunu və 2 saatdan sonra özü 41-ci Polis Bölməsinə yaxınlaşacağını bildirdi. Saat 19:45 radələrində o, 41 -ci PB-də olan zaman Hüseyn adlı şəxs bölmənin qarşısına gəldi, o, həmin şəxsi qarşılayan zaman həmin şəxs elə bölmənin qarşısında uca səslə aqressiv danışaraq polisin və dövlətin əleyhinə nalayiq ifadələr işlətməyə başladı. Həmin vaxt sahə inspektoru, polis baş leytenantı Arif Bəbirov onu sakitləşdirməyə çalışsa da, o, nümayişkaranə şəkildə öz hərəkətlərini davam etdirirdi. O və digər polis əməkdaşları həmin şəxsi dəfələrlə nizam intizama dəvət etməyimizə baxmayaraq o, yenə ucadan aqressiv şəkildə polisin və dövlətin əleyhinə şər və böhtan xarakterli ifadələr və söyüşlər işlədərək qəsdən polisin qanuni tələbinə tabe olmurdu. Ona görə də Hüseyn adlı şəxs tərəfindən bölmənin qarşısından inzibati binaya gətirildi. Məlum oldu ki, həmin şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1 -ci Neftçilər Döngəsi, ev 2, mənzil 1- də qeydiyyatda olan və yaşayan, xx.xx.1962-ci il təvəllüdlü Şəxsdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 41-ci PB-nin polis baş leytenanatı sahə inspektoru X4 izahat verərək bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə, 20:00 radələrində inzibati binada komputerdə yazı yazdığı zamanı çöldə yüksək səslə danışıqlar eşitmiş və çölə çıxdıqda görmüşdür ki, binanın qarşısında bir şəxs uca səslə dövlətin əleyhinə nalayiq ifadələr və söyüşlər işlədərək polis mayoru X1 qanuni tələblərinə tabe olmurdu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək və bildirdi ki, onun barəsində tərtib edilmiş material həqiqətə uyğun deyil, belə ki, o, Demokratiya və Zirvə hərəkatının İdarə Heyətinin üzvüdür. 10 sentyabr tarixində özünün doğum günü ilə əlaqədar Facebook səhifəsində siyasi fəaliyyəti ilə əlaqdar paylaşımlar etmişdir. Ona görə də hesab edir ki, dövlət əleyhinə çıxışlarına görə onun barəsində hazırki protokol tərtib olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında Tutma protokolundan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 20:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30, 43, 88, 106-112, 114.1.1, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 20:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar