Məhkəmə qərarları › İş №3(009)-1725/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1725/2021

03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1725/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 20 avqust 2021-ci il tarixli 00100-1628/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Fuqro Finance B.V.’’ Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********3872 sorğu nömrəli 30.01.2021-ci il tarixli gömrük bəyannaməsi ilə və **********3134 sorğu nömrəli 23.02.2021ci il tarixli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində bəyan edilərək müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 02.08.2021-ci il tarixdə bitdiyi, lakin şirkət tərəfindən müddətin uzadılması və ya həmin malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə əlaqədar BBGİ-yə müraciət edilmədiyi aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasındakı Filialının etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, nümayəndəsi olduğu şirkət tərəfindən Türkmənistandan “Petronas Carigali (Türkmənistan) Sdn.BHD.” şirkətindən idxal edilmiş yüklərin **********3872 sorğu nömrəli 30.01,2021-ci il tarixli və **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannamələri ilə 02.08.2021-ci il tarixədək müddətinə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyini, həmin yüklərin müqavilə üzrə işlərin aparılmasından ötrü Azərbaycan Respublikasına müvəqqəti idxal edildiyini və islər basa çatdıqdan sonra aparılmasının nəzərdə tutulduğunu, **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal edilmiş yüklərin **********8902 sorğu nömrəli 18.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə təkrar ixrac gömrük prosedurunda bəyan edildiyini və 05.04,2021-ci il tarixdə X3 Gömrük İdarəsindən Birləşmiş Ərəb Əmirliklərinə göndərildiyini, **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal edilmiş yüklərdən sadəcə 6-cı mal mövqeyində bəyan edilmiş netto çəkisi 89 kq olan “qara metaldan barabanlarda sualtı üzən qurğu üçün xortumla təchiz edilmiş kabel” yüklərinin geriyə aparılmadığını, həmin yüklərin müqavilə üzrə işlərin aparılmasında istifadə olunduğunu, eyni zamanda **********3872 sorğu nömrəli 30.01,2021ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal edilmiş yüklərin də işlərin aparılmasında istifadə olunduğu üçün ölkə ərazisindən kənara aparılmadığını, müvəqqəti idxal müddəti başa çatanadək müddətin uzadılması ilə bağlı müraciət etməyi unutduqlarını, nəticədə gömrük qaydalarının pozulduğunu, lakin, 19.08.2021-ci il tarixdə **********3872 sorğu nömrəli 30.01,2021-ci il tarixli gömrük bəyannaməsində və **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində müvəggəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin ölkə ərazisində galma müddətinin 02.08.2022-ci il tarixədək uzadılması barədə yazılı formada ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət etdiklərini, mügavilə üzrə işlər başa catdığdan sonra müvəqqəti idxal edilmiş yüklərin ölkə ərazisindən aparılacağını bildirmişdir. Araşdırma zamanı Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********3872 sorğu nömrəli 30.01.2021-ci il tarixli gömrük bəyannaməsi ilə və **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannaməsinin 6cı mal mövgeyində bəyan edilərək müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 02.08.2021-ci il tarixində gurtardığı, sözügedən malların müvəggəti idxal müddətinin uzadılması ilə bağlı şirkət tərəfindən 19.08.2021-ci il tarixdə 24/24/021909 daxili nömrəli ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət olunduğu, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinin tələblərinin pozulduğu məlum olmuşdur. Nəticədə hüquqi şəxs Fugro Finance B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/021678 saylı 16.08.2021-ci il tarixli raport, **********3872 saylı, 30.01.2021 tarixli gömrük bəyannaməsi, **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannaməsi, 24/24/021909 daxili nömrəli 19.08.2021-ci il tarixli ərizə və Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasındakı Filialının etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı ilə təsdiq edilir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Fugro Finance B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Fugro Finance B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Fugro Finance B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Fugro Finance B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən **********3872 və **********3134 (**********3134 gb nin 6 mal mövqeyi) saylı GB- ilə müvəqqəti idxal prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filyalı tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan Fugro Finance B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Müvəqqəti ixrac müdətlərinin uzadılmasına dair 19 avqust 2021-ci il tarixli müraciətindən görünür ki, **********3872; **********3134 sorğu nömrəli gömrük bəyannaməsi əsasında rəsmiləşdirilmiş ********** XİF MN kodlu "LG" nişanlı kompüter üçün LCD monitor (istifadə olunmuş) ********** qara metaldan baraban (istifadə olunmuş), ********** kkonteyner tipli sualtı üzən qurğunun idarəetmə kabini (istifadə olunmuş); ********** XİF MN kodlu Qara metaldan barabanlarda sualtı üzən qurğu üçün xortumla təchiz edilmiş kabel (istifadə olunmuş) hazırda 043A-SFLLC-19-FFBV-AzB (BSA)- Rev.OO saylı müqavilə üzrə işlərin bitirilməməsini nəzərə alaraq müvəqqəti idxal müddətinin 02 avqust 2021-ci ildən 02 avqust 2022-ci ilədək uzadılması xahiş edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş tələblərini yerinə yetirməyi və gömrük orqanları tərəfindən müəyyən edilmiş müddət bitənədək qeyd olunan malları geri aparmaq öhdəliyi götürülmüşdür. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Bakı Baş Gömrük idarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/021678 nömrəli 16.08.2021-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********3872 sorğu nömrəli 30.01.2021 -ci il tarixli gömrük bəyannaməsi ilə və **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində bəyan edilərək müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin bitdiyi, lakin şirkət tərəfindən müddətin uzadılması və ya həmin malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə əlaqədar BBGİ-yə müraciət edilmədiyi göstərilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasındakı Filialının etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, nümayəndəsi olduğu şirkət tərəfindən Türkmənistandan “Petronas Carigali (Türkmənistan) Sdn.BHD.” şirkətindən idxal edilmiş yüklərin **********3872 sorğu nömrəli 30.01.2021-ci il tarixli və **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannamələri ilə 02.08.2021-ci il tarixədək müddətinə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyini, həmin yüklərin müqavilə üzrə işlərin aparılmasından ötrü Azərbaycan Respublikasına müvəqqəti idxal edildiyini və işlər başa çatdıqdan sonra aparılmasının nəzərdə tutulduğunu, **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal edilmiş yüklərin **********8902 sorğu nömrəli 18.03.2021 -ci il tarixli gömrük bəyannaməsi ilə təkrar ixrac gömrük prosedurunda bəyan edildiyini və 05.04.2021-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən Birləşmiş Ərəb Əmirliklərinə göndərildiyini, **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal edilmiş yüklərdən sadəcə 6-cı mal mövqeyində bəyan edilmiş netto çəkisi 89 kq olan “qara metaldan barabanlarda sualtı üzən qurğu üçün xortumla təchiz edilmiş kabel” yüklərinin geriyə aparılmadığını, həmin yüklərin müqavilə üzrə işlərin aparılmasında istifadə olunduğunu, eyni zamanda **********3872 sorğu nömrəli 30.01.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal edilmiş yüklərin də işlərin aparılmasında istifadə olunduğu üçün ölkə ərazisindən kənara aparılmadığını, müvəqqəti idxal müddəti başa çatanadək müddətin uzadılması ilə bağlı müraciət etməyi unutduqlarını, nəticədə gömrük qaydalarının pozulduğunu, lakin, 19.08.2021-ci il tarixdə **********3872 sorğu nömrəli 30.01.2021-ci il tarixli gömrük bəyannaməsində və **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin ölkə ərazisində qalma müddətinin 02.08.2022-ci il tarixədək uzadılması barədə yazılı formada ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət etdiklərini, müqavilə üzrə işlər başa çatdıqdan sonra müvəqqəti idxal edilmiş yüklərin ölkə ərazisindən aparılacağını bildirmişdir. Araşdırma zamanı Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********3872 sorğu nömrəli 30.01.2021 -ci il tarixli gömrük bəyannaməsi ilə və **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində bəyan edilərək müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 02.08.2021-ci il tarixində qurtardığı, sözügedən malların müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı şirkət tərəfindən 19.08.2021-ci il tarixdə 24/24/021909 daxili nömrəli ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət olunduğu, nəticədə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2ci maddəsinin tələblərinin pozulduğu məlum olmuşdur. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 iştirakı təmin edilmiş və onun izahatından görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Türkmənistandan “Petronas Carigali (Türkmənistan) Sdn.BHD.” şirkətindən idxal edilmiş yüklər 0121 ********** sorğu nömrəli 30.01.2021-ci il tarixli və **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannamələri ilə 02.08.2021-ci il tarixədək müddətinə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Həmin yüklər müqavilə üzrə işlərin aparılmasından ötrü Azərbavcan Respublikasına müvəqqəti idxal edilmiş və işlər başa çatdıqdan sonra aparılması nəzərdə tutulmuşdur. Bildirirəm ki, **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal edilmiş yüklər **********8902 sorğu nömrəli 18.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə təkrar ixrac gömrük prosedurunda bəyan edilmiş və 05.04.2021-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən Birləşmiş Ərəb Əmirliklərinə göndərilmişdir. **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal edilmiş yüklərdən sadəcə 6-cı mal mövqeyində bəyan edilmiş netto çəkisi 89 kq olan “qara metaldan barabanlarda sualtı üzən qurğu üçün xortumla təchiz edilmiş kabel” yükləri geriyə aparılmamışdır. Ona görə ki, həmin yüklər hal hazırda müqavilə üzrə işlərin aparılmasında istifadə olunur. Eyni zamanda **********3872 sorğu nömrəli 30.01.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal edilmiş yüklər də hal hazırda işlərin aparılmasında istifadə olunduğu üçün ölkə ərazisindən kənara aparılmamışdır. Müvəqqəti idxal müddəti başa çatanadək müddətin uzadılması ilə bağlı müraciət etməyi unutmuşlar. Nəticədə gömrük qaydaları pozulub. Lakin, 19.08.2021-ci il tarixdə **********3872 sorğu nömrəli 30.01.2021-ci il tarixli gömrük bəyannaməsində və **********3134 sorğu nömrəli 23.02.2021-ci il tarixli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin ölkə ərazisində qalma müddətinin 02.08.2022-ci il tarixədək uzadılması barədə yazılı formada ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Müqavilə üzrə işlər başa çatdıqdan sonra müvəqqəti idxal edilmiş yüklər ölkə ərazisindən aparılacaqdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43,114-117 və 499.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinsin və 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar