Məhkəmə qərarları › İş №3(009)-1725/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1725/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1725/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon icra Şöbəsinin icra məmuru Tural Aşurovun, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1989-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin 2(009)-183/2020 saylı, 17 mart 2020-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən xx xxx 1989-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Səbail rayon məhkəməsinin 2(009)-183/2020 saylı, 17 mart 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 20 sentyabr 2019-cu il tarixdən başlayaraq, 08 iyul 2016-cı il təvəllüdlü X6 və 08 iyul 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Səbail rayon məhkəməsinin 2(009)-1786/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 (009)-183/2020 saylı 17 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs 08 iyul 2016-ci il təvəllüdlü X6 və 08 iyul 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 160 (yüz altmış) manat məbləğində aliment və mediasiyaya ödənilmiş 50 (əlli) manat rüsum tutularaq iddiaçı X3 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra dövlət orqanlarına və müxtəlif bank təşkilatların sorğu ilə müraciət edilmişdir. Lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir.Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığından onun barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. O, şöbədə olarakən izahatı alınmış, izahatında icra sənədlərindən xəbərdar olduğunu, hər ay ödənilməli olan aliment məbləğindən əlavə 80 manat yaranmış borcdan ödəyəcəyini qeyd etmişdir. Borclunun bugünə olan aliment borcu 2490 manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam şəkildə təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru Tural Aşurov borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 borcun tam məbləğdə ödənilməsini tələb etdiyini bildirdi və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini ödəməkdən yayınmadığını, hər ay 80 (səksən) manat ödəməyə hazır olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdırıraq belə qənəatə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsnın məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən haldır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun tələbkara vurulmuş ziyanı ödəyəcəyinə söz verməsini və əvvəllər məsuliyyətə cəlb olunmamasını nəzərə alaraq 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar