Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1726/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Kommersiya Məhkəməsinin tərəfindən verilmiş 2-2(113)-1938/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən xx.xx.1993-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1938/2020 saylı, 17 sentyabr 2020-cu il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 2200 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi 27.11.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. "xxxx" MMC ilə cavabdeh"xxxx" MMC-nin direktoru Şəxs 11 oktyabr 2020-ci il tarixdə şöbədə olmuş və ondan izahatı alınmışdır. İzahatında pandemiya ilə bağlı turizm sahəsinin demək olar ki, fəaliyyətinin dayandırdığını, başqa gəlir yerinin olmadığı, bu səbəbdən də borcunu ödəyə bilmədiyini qeyd etmişdir. Borclu hüquqi şəxs barəsində bir sıra sorğular edilmiş, hüquqi şəxsin "xxxx" ASC-də hesablarının olduğu müəyyən edilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı müvafiq inkasso sərəncamları tərtib olunmuş, icra olunması üçün “Bank of Baku ASC-yə göndərilmişdir. "xxxx" ASC tərəfindən şöbəyə daxil olmuş məktubda "xxxx" MMC-nin hesablarında vəsait olmadığı qeyd olunmuşdur. Borclu hüquqi şəxsin direktoru Şəxs məcburi gətirlməsi ilə bağlı məhkəməyə təqdimat ilə müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin 8(009)- 102\2021 saylı, 28.04.2021-ci il tarixli qərardadında əsasən təqdimat təmin edilmişdir. Sözügedən qərardad icra olunması üçün AR DİN Bakı şəhəri Səbail rayon Polis İdarəsinə göndərilmişdir. 25 avqust 2021-ci il tarixdə Şəxs şöbəyə təhvil verilmişdir. Ondan növbəti dəfə izahatı alınmışdır. İzahatında pandemiya ilə əlaqədar turizm sahəsinin ümumilikdə fəaliyyətini dayandırdığını, başqa gəlir yerinin olmadığını, bu səbəbdən ödəniş edə bilmədiyini qeyd etmişdir. Borcunu aylıq 100-200 manat olmaqla ödəyə biləcəyini qeyd etmişdir. Borclunun icra sənədi üzrə hal-hazırda 2206,03 (iki min iki yüz altı manat üç qəpik) manat borcu vardır. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. İş materiallarında olan MN ******* saylı, 25 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxx 1993-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Bakı şəhəri Kommersiya Məhkəməsinin tərəfindən verilmiş 2- 2(113)-1938/2020 saylı, 17 sentyabr 2020-cu il tarixli icra sənədi üzrə tələbi icra etməmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurov borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 Aynur Qədir qızının borcdan ödəniş etmədiyini bildirərək, onun barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, icra sənədinin icrasından yayınmır, belə ki, pandemiya ilə əlaqədar turizm sahəsini ümumilikdə fəaliyyətini dayandırmış, başqa gəlir yeri olmadığdan ödəniş edə bilməmişdir. Hazırda 100 manat ödəniş edə və borcunu hissəhissə qaytara bilər. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənəatə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 1200 (min iki yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1726/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1726/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver