Məhkəmə qərarları › İş №3(009)-1727/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1727/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1727/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Adil oğlunun, inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİnin 9cu PB-nin sahə inspektoru Maqsud Mirzəzadənin iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Neftçala rayonu, Xol Qarabucaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əlillər məhəlləsində yaşayan Şəxs Adil oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs Adil oğlu barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 24 avqust 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda xx xxxxxx 2000-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Neftçala rayonu, Xol Qarabucaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əlillər məhəlləsində yaşayan Şəxs Adil oğlunun 24 avqust 2021-ci il tarixdə saat 11:50 radələrində Səbail rayonu, Lermontov küçəsi 123-də YPX əməkdaşlarına qarşı kəsici alət çıxarıb, onların qanuni tələbinə tabe olmaması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİnin 9cu PB-nin sahə inspektoru Maqsud Mirzəzadə, inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyasına uyğun inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əhədov Ağaqulu Aqil oğlu özünü qismən təqsirli bilərək, həmin günü onun idarə etdiyi nəqliyyat vasitəsini polisin saxladığını, saxlandıqdan sonra ona idarə etmək hüququ verən sənədlərin olmaması səbəbindən avtomobilin dayanacağa aparılması tələb olunduğunu bildirmişdir. Bundan əlavə o polis əməkdaşından ona güzəşt edilərək bağışlanmasını xahiş etməsini, əsəbi olduğuna görə üzürlü sayılmasını xahiş etməsini bildirmişdir. Lakin onun sözlərinə görə polis əməkdaşları ona güzəşt etməkdən imtina etmiş, bu halda o nəqliyyat vasitəsindən kəsici alət olan lezvanı götürmüşdür. Bu halda polis əməkdaşları onun polis bölməsinə aparılmasını təmin etmişlər. Barəsində protokol tərtib edilmiş şəxs lezva götürdüyünə görə özünü qismən təqsirli bildiyini məhkəmənin nəzərinə çatdırdıraraq ona güzəşt edilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilən X4 hadisə yerinin yaxınlığında yerləşən “Limak” adlı ticarət obyektində menecer işlədiyini, hadisə vaxtı barəsində icraat aparılan şəxsin polislərə tabesizlik göstərdiyini, bu səbəbdən ətrafa çoxlu insanların toplaşdığını göstərdi. Şahid barəsində icraat aparılan şəxsin əlində hansısa obyektin olduğunu, o predmetin məhz nə olduğunu görmədiyini bildirdi. Məhkəmə iclasına şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol-patrul xidməti inspektoru, polis baş serjantı X2 nəqliyyat vasitəsinin ilkin saxlanma səbəbinin onun rənginin qeydiyyat məlumatlarındakı rəngə uyğun gəlməməsi olduğunu, saxlandıqdan sonra sürücünün sürücülük hüququ verən sənədinin olamamasının aşkar olunduğunu, ondan avtomobilin duracağa təmin olunması üçün açarın təqdim edilməsi tələb edildikdə isə onun müqavimət göstərərək tabe olmamasını göstərdi. Şahid bildirdi ki, tabesizlik səbəbindən post patrul xidməti əməkdaşlarının dəvət etdikdən sonra, barəsində icraat aparılan şəxs onu “məni hamı tanıyır, başınız ağrayacaq” sözləri ilə təhdid etmişdir. Hadisə yerinə gələn digər əməkdaşlar tərəfindən izahedici söhbətlər aparıldıqdan sonra barəsində icraat aparılan şəxs kəsici alət lezva çıxarmışdır. Bu halda o polis bölməsinə məcburi aparılmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə hadisənin görüntülərinin əks olunduğu diskə baxış keçirilmiş və Şəxs hərəkətlərində polis əməkdaşının qanuni tələbinə tabe olmamanın əlamətləri aşkar olunsa da, xırda xuliqanlığın əlamətləri müəyyən edilməmişdir. Belə ki, inzibati protokol tərtib etmiş şəxs izahatında törədilmiş inzibati xətanın predmeti kimi kəsici alət olan lezvanı göstərmişdir. Lakin lezva polis əməkdaşları tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq götürülməmiş, və lazımi qaydada rəsmiləşdirilməmişdir. Nəticədə maddi sübut hesab edilən predmetə icraat materiallarında rast gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən ictimai qaydanın pozulması ilə nəticələnən hərəkətlərin edilməsi xırda xuliqanlığın əsas tərkib əlamətidir. İclasda barəsində icraat aparılan şəxsin xırda xuliqanlıq əməlini törətməsi göstərilsə də, hadisənin görünüşlərinin əks olunduğu diskə baxış keçirilməsi zamanı insanların hadisə yerinə toplaşması görüntüləri aşkar edilməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin əsas tərkib əlaməti şəxsin əməlində mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə uyğun olaraq inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi var, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla ona inzibati həbs növündə inzibati tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan inzibati qaydada tutulma haqqında 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 24 avqust 2021-ci il tarixdə saat 12:05-də inzibati qaydada tutulmuşdur. Bu baxımdan, inzibati qaydada həbs etmənin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.0.2, 114.1.4, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X3 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar