Məhkəmə qərarları › İş №3(009)-1727/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1727/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1727/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Mehdiyeva Aysel İntiqam qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Əsgərov Təhməz Bayram oğlunun, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru Şirvanlı Müqabil Ələddin oğlunun iştirakları ilə, Əsgərov Təhməz Bayram oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən Səbail Rayon Məhkəməsinə Əsgərov Təhməz Bayram oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan MN seriyalı, 1943366 saylı, 31 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Əsgərov Təhməz Bayram oğlu 30 iyul 2024-cü il tarixdə qanunsuz olaraq narkotik vasitə qəbul etmişdir. Nəticədə, Əsgərov Təhməz Bayram oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. MN 0346559 saylı, 31 iyul 2024-cü il tarixli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, MN seriyalı, 1943366 saylı, 31 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru Şirvanlı Müqabil Ələddin oğlu, inzibati xəta haqqında protokolu müdafiə edərək, Əsgərov Təhməz Bayram oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əsgərov Təhməz Bayram oğlu özünü təqsirli bilməyərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. BB 005512 seriyalı 30 iyul 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Əsgərov Təhməz Bayram oğlu 30 iyul 2024-cü il tarix saat 18:20-də inzibati qaydada tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan 31 iyul 2024-cü il tarixli 5227 saylı narkotik və sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında rəydən görünür ki, Əsgərov Təhməz Bayram oğlunda kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Beləliklə, məhkəmə araşdırması zamanı Əsgərov Təhməz Bayram oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlaməti olduğu təsdiqini tapmış, onun əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar, o cümlədən, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, Əsgərov Təhməz Bayram oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli bilinib həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalı və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı və ona məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutuma müddəti inzibati qaydada həbs müddətinə daxil edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I : Əsgərov Təhməz Bayram oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllə¬sinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 gün (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 30 iyul 2024-cü il tarix saat 18:20-dən hesablansın. Əsgərov Təhməz Bayram oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Müvəqqəti Saxlanılma Məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞIYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar