Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1728/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-1303\21 saylı, 25 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X1 Masallı rayonu Musaküçə kəndi ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 50D41710/50D41810 nömrəli avtomaşının üzərində olan WSCU ******* nömrəli konteynerdə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3226 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 02.07.2021-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük baxışı keçirilmiş, gömrük baxışı zamanı **********3226 sorğu gömrük bəvannəməsinin 15-ci mal mövqeyi ilə bəyan olunan, 15 ədəd “Toyota və Nissan” markalı, 1998-2000-ci il buraxılışlı istifadə olunmuş minik avtomobilləri üçün benzin mühərriklərindən əlavə, gömrük orqanına düzgün bəyan edilməyən 3 ədəd 1998-2000-ci il buraxılıslı “Nissan” markalı minik avtomobilləri üçün benzin mühərrikləri və gömrük orqanına bəyan edilməyən, heç bir mal-müşayiət sənədlərində qeyd edilməyən 4 ədəd “Lexus” markalı avtomobilə aid “Grandtrek” əmtəə nişanlı 275/50A21 ölçülü, “Disk-Təkər” aşkar olunmuşdur. 00100-1303/21 saylı inzibati xəta haqqında iş üzrə üzrə qeyd olunan malların əmtəəşünaslıq ekspertizası keçirilməsi zəruriyyəəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan 3 ədəd 1998-2000-ci il buraxılışlı “Nissan” markalı minik avtomobilləri üçün benzin mühərriklərinin və 4 ədəd “Lexus” markalı avtomobilə aid “Grandtrek” əmtəə nişanlı 275/50A21 ölçülü, “Disk- Təkər”in 21.06.2021-ci il tarixə olan orta bazar qiyməti barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/006-22/004561 nömrəli 07.07.2021-ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 9/4758 saylı 18.08.2021-ci il tarixli məhkəmə ekspertizası rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 3 ədəd 1998- 2000-ci il buraxılışlı “Nissan” markalı minik avtomobilləri üçün benzin mühərriklərinin və 4 ədəd Lexus” markalı avtomobilə aid “Grandtrek" əmtəə nişanlı 275/50A21 ölçülü, “Disk-Təkər”in 21.06.2021-ci il tarixə olan orta bazar qiyməti təxminən cəmi 3100 manat müəyyən edilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin qanuni təmsilçisi X3, Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə məsuliyyətə cəlb olunmasına etiraz etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrinin tələbini pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4758 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların ümumilikdə orta bazar qiyməti təxminən 3100 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, X1 idxal etdiyi orta bazar qiyməti cəmi 3100 manat olan 3 ədəd 1998- 2000-ci il buraxılışlı “Nissan” markalı minik avtomobilləri üçün benzin mühərriklərini və 4 ədəd “Lexsus” markalı avtomobilə aid “Grandtrek” əmtəə nişanlı 275\50A21 ölçülü, “Disk- Təkər”in gömrük orqanına **********3226 sorğu nömrəli 21.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan etməyərək və düzgün bəyan etməyərək Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 3100 manat valyuta vəsaiti məbləğinin qırx faizi məbləğində, yəni 1240 (min iki yüz qırx) manat məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyektinin dəyəri olan 3100 manat valyuta vəsaiti məbləğinin qırx faizi məbləğində, yəni 1240 (min iki yüz qırx) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1728/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1728/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver