Məhkəmə qərarları › İş №3(009)-1729/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1729/2021

27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1729/2021 27.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi X3 və Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-1230/21 saylı, 24 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 23 iyun 2021-ci il tarixdə saat 11:00-da Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu" gömrük postunun 1-ci anbarında İran İslam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 42BZ223/10ZE350 nömrə nişanlı yük avtomobilinə Skanlaşdırma və X2 Tətbiqi şöbəsinin əməkdaşaları tərəfindən “Hİ-SCAN 180180-2is pro” markalı rentgen qurğusu tətbiq etməklə gömrük yoxlanılması aparılmışdır.Yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər əməkdaşların diqqətini çəkmiş,buna görə malların hər birinə ayrı-ayrılıqda fiziki yoxlama aparılması qərara alınmışdır. Yoxlama nəticəsində avtomobilin yarımqoşqusunda Şəxs MMC-nin adına göndərilən, Bakı Baş Gömrük İdarəsində **********8801 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən 135 yerdən ibarət əl üçün kremlər yüklərinin 120 yeri bəyannamə və mal müşayiət sənədlərinə uyğun şəkildə əl kremləri olsa da, 15 yerdə ümumilikdı 310 tub “Metronidazole 0.75%” ticarət nişanlı, 80 tub “Tretinoin Medipharm” ticarət nişanlı,4357 tub “Cortam 0.05%” ticarət nişanlı,2816 tub “Cortam 0.05% ticarət nişanlı, 2816 tub “Licadin-P” ticarət nişanlı 802 tub “Clobatesol- Emad” ticarət nişanlı dərman tərkibli kremlər olduğu aşkar edilmişdir. İnzibati araşdırma zamanı kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin edilməklə tədqiqatların aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Tədqiqatların nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 9/4526, 6/3127 nömrəli 11.08.2021-ci il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş preparatların 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi icazə) tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil olmadığı, tədqiqata təqdim edilmiş 5 adda preparatların 23 iyun 2021-ci il tarixə orta qiymətlərin təxminən 42370,00 manat olduğu müəyyən edilmişdir. Şəxs MMC İran İslam Respublikasından 2018/417 nömrəli 21.06.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə 42BZ223/10ZE350 nömrə nişanlı yük avtomobilində göndərilən, 21 iyun 2021-ci il tarixdə 21:08-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan Respublikası gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən malları 22 iyun 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********8801 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan etmiş, 23 iyun 2021-ci il tarixdə saat 11:00-da Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 1-ci anbarında həmin mallara baxış zamanı aşkar edilmiş 15 yerdə ümumilikdə 310 tub “Metronidazole 0.75%” ticarət nişanlı, 80 tub “Tretinoin Medipharm” ticarət nişanlı, 4357 tub “Cortam 0.05% ticarət nişanlı, 2816 tub Licadin-P” ticarət nişanlı, 802 tub “Clobetasol-Emad” ticarət nişanlı ümumi dəyəri az miqdarda, 42370,00 manat təşkil edən malları gömrük orqanına düzgün bəyan etməməklə Azərbaycan Respublikası gömrük sərhədindən keçirmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X5, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına etiraz etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3127,9/4526 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1№-li cədvəldə adları və tərkibləri göstərilən preparatları 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respulikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorla”-ın və 18 mart 2016-cı il Azərbaycan Respulikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahılarına daxil deyildirlər. Ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda preparatlarının ümumilikdə 23 iyun 2021-ci il tarixə orta bazar qiyməti təxminən 42370,00 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 42BZ223/10ZE350 nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal etdiyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3127,9/4526 nömrəli 11.08.2021-ci il tarixli ekspert rəyinə əsasən ümumi dəyəri az miqdarda, 42370,00 manat təşkil edən 310 tub “Metronidazole 0.75%” ticarət nişanlı, 80 tub “Tretinoin Medipharm” ticarət nişanlı, 4357 tub “Cortam 0.05% ticarət nişanlı, 2816 tub Licadin-P” ticarət nişanlı, 802 tub “Clobetasol- Emad” ticarət nişanlı malları gömrük orqanına düzgün bəyan etməməklə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan 42370,00 manat valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 14.026 (on dörd min iyirmi altı) manat məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “CƏNUB-İC» MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 42370,00 manat valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 12711 (on iki min yeddi yüz on bir) manat məbləğində cərimə edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 200 (iki yüz) manat Şəxs MMC-dən tutulsun. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar