Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-173/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X2 Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi inzibati tənbehvermə haqqında qərar 12 yanvar 2021-ci il tarixdə qəbul edilsə də, mübahisələndirilən qərardan şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Həmçinin barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətində xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın ona xx.xx.2022-ci il tarixdə elektron poçt ünvanı vasitəsi ilə əldə etdiyini qeyd etmiş və bununla da qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddətini buraxmış, eyni zamanda onun tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət iş materillarına əlavə edilməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxsə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-173/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-173/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver