Məhkəmə qərarları › İş №3(009)-1730/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1730/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1730/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 24 avqust 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində Ə.Cavad küçəsində YPX əməkdaşına tabe olmayaraq uzaqlaşaraq qaçmışdı. Həmçinin narkoloji mərkəzin 1/4235 saylı aktına əsasən narkotik vasitə olan opioid qəbul etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 23 avqust 2023-cü il tarixli, AZA 018451 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis kapitanı X3 izahatında göstərmişdir ki, raporta əsasən, xx.xx.2023-cü il tarixdə Əhməd Cavad küçəsində yol polis əməkdaşları xidmət aparırdılar. Təxminən 13:00 radələrində VAZ 2107 markalı 99SV533 dövlət qeydiyyat nişanlı olan avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxlama işarəsi verildi, sürücü tərəfindən saxlanıldı, sürücüyə yaxınlaşıb özünü təqdim edib, hüquq və vəzifələrin izah edib sənədləri təqdim etməsini xahiş etdi. Sürücünün şəxsiyyətini bort kompyuterdə aşkar etdi. Sürücünün danışıqlarından və hərəkətlərindən şübhələndiyi üçün köməyə növbətçi çağırıldı. Sürücü ondan şübhələndiyini görüb maşından su götürdüyünü bildirərək avtomobilə əyləşib tabe olmayaraq hərəkəti davam etdirdiyi üçün, polis əməkdaşı efir vasitəsi ilə məlumat verdi. Piyada hərəkət edib sürücü bir neçə dəqiqə sonra Nigar Rəfibəyli küçəsində saxlayaraq 9cu PB-nə gətirildi. Bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin barəsində İXM-nin 206 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, özünü təqsirli bilmir, həmin vaxt o, dükandan çıxırdı, saxladılar, qardaşını evə aparıb qayıdacağını bildirdi. Narkotik vasitə istifadəçisi deyil, tabesizlik göstərməmişdir. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Əhməd Cavad küçəsində yol polis əməkdaşları xidmət aparırdılar. Təxminən 13:00 radələrində VAZ 2107 markalı 99SV533 dövlət qeydiyyat nişanlı olan avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxlama işarəsi verildi, sürücü tərəfindən saxlanıldı, sürücüyə yaxınlaşıb özünü təqdim edib, hüquq və vəzifələrin izah edib sənədləri təqdim etməsini xahiş etdi. Sürücünün şəxsiyyətini bort kompyuterdə aşkar etdi. Sürücünün danışıqlarından və hərəkətlərindən şübhələndiyi üçün köməkə növbətçi çağırıldı. Sürücü ondan şübhələndiyini görüb maşından su götürməsini bildirərək avtomobilə əyləşib tabe olmayaraq hərəkəti davam etdirdiyi üçün, polis əməkdaşı efir vasitəsi ilə məlumat verdi. Hərəkət edib sürücü bir neçə dəqiqə sonra Nigar Rəfibəyli küçəsində saxlayaraq 9-cu PB-nə gətirildi. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-in YPXA-ın MEB-in İ taqım polis siravisi YPX inspektoru X2 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə Əhməd Cavad küçəsində yol polis əməkdaşları xidmət aparırdılar. Təxminən 13:00 radələrində VAZ 2107 markalı 99SV533 dövlət qeydiyyat nişanlı olan avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxlama işarəsi verildi, sürücü tərəfindən saxlanıldı, sürücüyə yaxınlaşıb özünü təqdim edib, hüquq və vəzifələrin izah edib sənədləri təqdim etməsini xahiş etdi. Sürücünün şəxsiyyətini bort kompyuterdə aşkar etdi. Sürücünün danışıqlarından və hərəkətlərindən şübhələndiyi üçün köməkə növbətçi çağırıldı. Sürücü ondan şübhələndiyini görüb maşından su götürdüyünü bildirərək avtomobilə əyləşib tabe olmayaraq hərəkəti davam etdirdiyi üçün, polis əməkdaşı efir vasitəsi ilə məlumat verdi. Piyada hərəkət edib sürücü bir neçə dəqiqə sonra Nigar Rəfibəyli küçəsində saxlayaraq 9cu PB-nə gətirildi. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli, 1/4235 nömrəli aktdan görünür ki, Şəxs OPİ (opioid) qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətindədir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı – qanunsuz olaraq narkotik vasitəni, psixotrop maddəni istehlakı etməsi - törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin narkotik vasitə istifadə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 20 (iyirmi) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 23 avqust 2023-cü il tarixindən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 23 avqust 2023-cü il tarixindən, saat 19:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar