Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1731/2021 23.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru, X2, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs: X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada şahid X7 məlumat verilmişdir. Lakin təyin olunmuş vaxtda şahid məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə heç bir məlumat verməmişdir. Beləliklə də, şahid məhkəmə baxış iclasında üzrsüz səbəblərdən iştirak etmədiyindən onun iştirakı olmadan cinayət işi üzrə məhkəmə iclasının keçirilməsi qeyri-mümkün olmuşdur. Bu səbəbdən də məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru, X4 vəsatət verərək şahid X5 məhkəmə iclasına məcburi gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X10, şahidin məhkəmə iclasına məcburi gətirilməsi barədə vəsatətin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə cinayət prosesi iştirakçılarının fikrini dinləyib hesab edir ki şahid X8 məhkəmə iclasına məcburi gətirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir. Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxs cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzrlü səbəb olmadan gəlmədikdə, cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda tətbiq edilə bilər. Məcburi gətirilmə cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya cinayət prosesi iştirakçılarının vəsatəti ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Məcburi gətirilmə barədə qərar təhqiqat orqanı və ya qanunla üzərinə bu vəzifə qoyulmuş digər orqan tərəfindən icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 178-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şahid – 23.06.1994-cü ildə ünvan 1 ünvanında yaşayan X8 ( **********) – 21 oktyabr 2021-ci il tarixə, saat 10:40-a Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasına təyin edilmiş məhkəmə iclasına məcburi gətirilsin.
2. Qərarın icrası Səbail rayon Polis İdarəsinə və 8-ci Polis Bölməsinə həvalə edilsin.
HAKİM: AZƏR TAĞİYEV
Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon Məhkəməsi Az 1003, Bakı şəhəri M.Useynov küçəsi 5, tel: (012) 491-07-09, faks (012) 491-32-15
İş № 1(009)-175/2021 07 oktyabr 2021-ci il
Səbail rayon Polis İdarəsinə
8-ci Polis Bölməsinə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 1(009)-175/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərarın surəti icra edilməsi üçün Sizə göndərilir.
Qoşma: qərar.
HAKİM: AZƏR TAĞİYEV