Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1732/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2, Şəxs MMCnin direktoru X11 və Şəxs MMCnin səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-1613/21 saylı, 18 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Almaniya Federativ Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 38KG214/38BE544 nömrəli nəqliyyat vasitəsi ilə, 470639 saylı, 25.05.2021-ci il tarixli invovs sənədi ilə daxil olmuş yüklər **********3051 sorğu nömrəli 02.07.2021-ci il il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləsdirildiyinin müəyyən edilməsi məqsədilə X5 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-013/004-25/003389 saylı 07.07.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-və göndərilmiş sınaq protokoluna əsasən 470639 saylı, 25.05.2021-ci il tarixli invovs üzrə idxal olunan “Cevlobind Oil” adlı qida əlavəsi yükünün XİF MN üzrə “2106 90 980 0” saylı kod altında sinifləsdirildivi və 15% gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********3051 sorğu nömrəli, 02.07.2021-ci il tarixli gömrük bəyannaməsinin 1- ci mal mövqeyində bəyan edilmiş “Cevlobind Oil” adlı qida əlavəsi yükünün XİF MN üzrə “2106 90 980 0” saylı kod altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 14744,27 AZN, ƏDV üzrə 2653,97 AZN, elektron gömrük xidməti haqqı üzrə 30,0 AZN, elektron gömrük xidməti üzrə ƏDV 5,40 AZN təşkil edir. X7 İdarəsinin 2200-013/004- 25/003389 saylı 07.07.2021-ci il tarixli laboratoriya rəyinə əsasən yaranmış 17433.64 manat əlavə ödənişin ödənilməli olması ilə bağlı tərəfimizdən 1400-013/006-24/005297 saylı, 09.08.2021-ci il tarixli bildiriş göndərilmişdir. Həmçinin Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nərman Camalov və şirkətin direktoru 18.08.2021-ci il tarixdə Bakı Bas Gömrük idarəsinə dəvət edilmiş, dəvət üzrə gəlsələr də, bildirişi qəbul etməkdən və iş materialları ilə tanış olmaqdan imtina edərək sənədlərlə tanış olmadan İdarəni tərk etmişdilər. Şəxs MMC tərəfindən 2200-013/004-25/003389 saylı 07.07.2021-ci il tarixli laboratoriya rəyinə əsasən yaranmış 17433.64 manat əlavə ödəniş ödənilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/018879 savlı 13.07.2021-ci il tarixli raport.34/013/021048 saylı, 09.08.2021-ci il tarixli raport, **********3051 sorğu nömrəli gömrük bəyannaməsi, 2200-013/004-25/003389 saylı 07.07.2021-ci il tarixli rəy, Şəxs MMC-nin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X3 adına olan etibarnamə, şəxsiyyət vəsiqəsinin surəti və izahatı ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X6, Şəxs MMC tərəfindən müvafiq gömrük ödənişlərinin artıq ödənilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını bildirərək, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X4, gömrük ödənişləri ilə bağlı müvafiq sənədləri təqdim edərək həmçinin Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə ilk dəfə cəlb olunmasını bildirərək iş üzrə icraata xitam verilməsinin məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X11, Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X1 izahatına uyğun ifadə verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələbləri ilk dəfə olaraq pozulmuş, müvafiq gömrük ödənişləri tam olaraq ödənilmiş və bu barədə müvafiq qəbzlər iş materiallarına əlavə edilmişdir. X8 Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən, bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddə ilə ilk dəfə inzibati məsuliyyətə cəlb olunması həmçinin müvafiq gömrük ödənişlərinin artıq tam olaraq ödənilməsi Şəxs MMC barəsində aparılan iş üzrə icraata xitam verilməsinə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1732/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1732/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver