Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1732/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədov tərəfindən tərtib edilmiş 24 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4639/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs 2016.83 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Eyni zamanda borcluya məxsus tələbin yönələ biləcək əmlakı aşkar etmək məqsədi ilə aidiyyəti qurumlara sorğu ilə müraciət edilmişdir. Lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrasıilə bağlı izahat alınmışdır.Bundan sonra icra məmurunun çağırışlarına gəlmədiyindən onun məcburi gətirilməsi barədə xx.xx.2022-ci il tarixdə təqdimatla Səbail rayon məhkəməsinə müraciət edilmişdir. Səbail rayon məhkəməsinin 8(009)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs məcburi gətirilmə barədə təqdimatı təmin edilmiş və qərardad icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə borclunun axtarışı barədə qərar qəbul edilərək Səbail Rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində axtarış işi açılmışdır.Bundan sonra borclu polis tərəfindən şöbəyə göndərilmişdir.O şöbədə olarkən icra sənədinin icrası ilə bağlı yazılı izahat almmışdır.O verdiyi izahatında tikintidə günəmuzdlu fəhlə işlədiyini,aylıq qazancının 300-400 manat civarmda olduğunu,həmin pulla ailəsini dolandırmaqda çətinlik çəkdiyini,borc məbləğindən hal-hazırda 200 manat ödəniş edə biləcəyini qeyd etmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini, hər ay ödəniş edəcəyini bildirmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə borcundan 200 manat ödəniş etdiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4639/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə borclu Şəxs 2016.83 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, borclu Şəxs zərərçəkmiş şəxsin kart hesabına borcundan 24 avqust 2023-cü il tarixdə 200 (iki yüz) manat ödəniş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğunu, xx.xx.2023-cü il tarixdə Şəxs borcundan 200 (iki yüz) manat ödəniş etməsini nəzərə alaraq, ümumi borc məbləğinin həcmini və Şəxs izahatında göstərdiyi dəlillərini nəzərə alaraq hesab edir ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1732/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1732/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver