Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1734/2020 25.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 1400-1667/20 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri,Səbail rayonu, Neftçilər PR,ev 91 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Böyük Britaniyadan gətirilmiş 1-ədəd “Bentley Continental GT“ markalı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixli, **********1470 sorğu nömrəli gömrük bəyannaməsi ilə 4 ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür, xx.xx.2020-ci il tarixdə “Şəxs" QSC-nin etibarnamə ilə nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X1 iştirakı ilə ünvan 2 ünvanında yerləşən Şəxs QSC-nin anbarında müvəqqəti saxlancda olan həmin nəqliyyat vasitəsinə gömrük baxışı keçirilmişdir. Gömrük baxışı keçirilən zaman məlum olmuşdur ki, “Şəxs’’ QSC-nin 4 ay müddətinə müvəqqəti saxlanca verilmiş “Bentley Continental GT“ markalı nəqliyyat vasitəsi anbarda toxunulmadan saxlanılır. Lakin xx.xx.2020-ci il tarixdə 1-ədəd “Bentley Continental GTmarkalı nəqliyyat vasitəsi üçün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq “Şəxs’’ QSC tərəfindən müvəqqəti saxlanca götürülmüş həmin nəqliyyat vasitəsinin müvəqqəti saxlanc müddətinin tələbinə əməl olunmamışdır. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş Şəxs QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Əməliyyatları idarəsinin rəis müavini tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci iıl tarxdən Şəxs QSC tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş “Bentley Continental” minik avtomobilinin son saxlanc müddəti bitdiyindən Gömrük Məcəlləsinin 179.2-ci maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan Şəxs QSC-nin direktorunun Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə Şəxs QSC-nin adına daxil olmuş SCBCF13S3LC080088 və SCBCF13S8LC080149 şassi nömrəli 2 ədəd Bentley Continental GT V8 nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün sənədlərdə çatışmamazlıq olduğu üçün 30 gün müvəqqəti saxlanca icazə verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********1470 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs QSC-nin (VÖEN **********) ünvanına Böyük Britaniyadan SCBCF13S8LC080149 şassi nömrəli 1 ədəd Bentley Continental GT V8 nəqliyyat vasitəsi daxil olmuşdur. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs QSC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, Şəxs QSC-nin (VÖEN **********) ünvanına Böyük Britaniyadan SCBCF13S8LC080149 şassi nömrəli 1 ədəd Bentley Continental GT V8 nəqliyyat vasitəsinin müvəqqəti saxlanca götürüldüyünü, xx.xx.2020-ci il tarixdə saxlanc müddətinin bitdiyini, eləcə də hazırda sənədlərin tamamlaması üzrə işlərin aparıldığını və tez bir zamanda rəsmiləşdirmənin başa çatdırılacağını bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs QSC-nin (VÖEN **********) ünvanına Böyük Britaniyadan SCBCF13S8LC080149 şassi nömrəli 1 ədəd Bentley Continental GT V8 nəqliyyat vasitəsinin gətirilməsi həm iş materialları ilə, həmdə inzibati icraat zamanı izahatı alınmış Şəxs QSC-nin nümayəndəsinin etirafı ilə Şəxs QSC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1734/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1734/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver