Məhkəmə qərarları › İş №3(009)-1735/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1735/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1735/2023 25.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə inspektoru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 25 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə inspektoru X6 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, X1 İşlər Nazirliyinin saytından onlayn müraciət edərək özünə məxsus “İphone X” markalı mobil telefonunun Şəxs tərəfindən oğurlandığını bildirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə “BOLT” tətbiqi vasitəsilə taksi sifariş edən müştəri onun avtomobilinə əyləşmişdir. Ağayev X4 rayonunda yerləşən şüşəli keçidin yanında müştərini ünvana çatdırmışdır. Müştəri avtomobildən düşdükdən sonra maşının arxa oturacağında “İphone X” markalı telefonun qaldığını görmüş və götürərək özündə saxlamışdır. Bir müddət həmin telefonu özündə saxlamış, daha sonra isa telefonu 200 manata satmışdır. Odur ki, göstərilənlər nəzərə alınaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə bir nəfər tanımadığı müştəri “BOLT” tətbiqi vasitəsilə sifariş etdiyi üçün avtomobilinə əyləşmişdir. Səbail rayonunda yerləşən şüşəli keçidin yanında müştərini ünvana çatdırmışdır. Müştəri avtomobildən düşdükdən sonra maşının arxa oturacağında “İphone X” markalı telefonun qaldığını görmüş və götürərək özündə saxlamışdır. Bir müddət həmin telefonu özündə saxlamış, daha sonra isa telefonu 200 manata satmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il saat 22:00 radələrində “BOLT” tətbiqi vasitəsilə Zahid Xəlilov 53 ünvanından Səməd Vurğun 49B ünvanına getmək üçün taksi sifariş etmişdir. Həmin avtomobildə ona məxsus olan “İphone X” markalı telefonunu unutmuşdur. Daha sonra bir müddət taksidən endiyi yerdə gözləmiş və taksi sürücüsünün telefonu qaytarmaq üçün qayıdacağını düşünmüşdür. Bir neçə gün ərzində “Bolt” şirkəti ilə əlaqə saxlayaraq sürücünün əlaqə nömrəsini istəmiş və telefonunun tapılmasında ona köməklik etmələrini xahiş etmişdir. Lakin heç bir nəticə əldə edə bilmədiyinə görə Daxili İşlər Nazirliyinin saytından onlayn müraciət etmişdir. O, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin təhqiqatçısı Nicat Oruclu tərəfindən qəbul edilmiş 25 avqust 2023-cü il tarixli qərarla fakt üzrə X3 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın müvafiq əməkdaşlara təqdim olunması qərara alınmışdır. 25 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2023-cü ilin may ayında X5 məxsus “İphone X” markalı mobil telefonu oğurlamışdır. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar