Məhkəmə qərarları › İş №3(009)-1737/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1737/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1737/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1və 482.2 -ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2 -ci maddələrinə əsasən X6 barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-01512 saylı 22 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin “İpək yolu” gömrük postundan daxil olmuş 3-33-1100/029/014628 nömrəli 14 iyun 2024-cü il tarixli raporta əsasən Türkiyə Respublikasından 99SX823/99ZD823 dövlət nömrə nişanlı yük avtomaşınla, TEF**********634 saylı 24 may 2024-cü il tarixli invoys üzrə daxil olan və həmin fiziki şəxs tərəfindən Bakı Bas Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********9309 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara xx.xx.2024-cü il tarixdə gömrük keçirilən zaman bəyannamə üzrə mənşə ölkəsi Türkiyə Respublikası, 1 yerdən ibarət 72 kq Qidaya bioloji aktiv əlavələr “Alvin Biotin içərən takviye edici qıda 3 kapsül” (istehsalçı: X9 İç ve Dış Ticaret A.Ş. 3000 ədəd) – qablaşdırma halında cəmi netto ekisi 72.0 q, brutto cəkisi 220.0 kq mal sayından əlavə 238 ədəd Qidaya bioloji aktiv əlavələr “Alvin Biotin içeren takviye edici qıda 30 kapsül” brutto cəkisi 15.0 kq (istehsalçı:X9 İç ve Dış Ticarət A.Ş) düzgün bəyan edilmədiyi, həmçinin yoxlama zamanı həmin nəqliyyat vaitəsinə gömrük bəyannaməsində və heç bir mal-müşayiət sənədlərində qeyd edilməyən bəyan olunmayan Tükiyə Respublikasında istehsalı olan “Hepanur” Qidaya bioloji aktiv əlavələr netto cəkisi 1.8kq, 26 ədəd (istehsalçı: X9 İç ve Dış Ticaret A.Ş) və Türkiyə Respublikasında istehsalı olan “Ginkgo Biloba” Qidaya bioloji aktiv əlavələr netto cəkisi 0.22kq, 6 ədəd (istehsalçı: X9 İç ve Dış Ticarət A.Ş) yük aşkar edilmişdir. 00100-01512/24 saylı inzibati xəta haqqında iş üzrə qeyd olunan malın əmtəəşünaslıq ekspertizası keçirilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan malların xx.xx.2024-cü il tarixə orta bazar qiyməti barəsində rəy verilməsi üçün “Azərekspertiza” Biriyinə göndərilmiş, 3-33-1100/2-003774/2024 nömrəli xx.xx.2024cü il tarixli ekspert rəyinə əsasn ekspertiza tədqiqatına təqdim edilmiş 238 ədəd “Alvin Biotin” qidaya bioloj aktiv əlavələr, 26 ədəd “Hepanur” qidaya bioloji aktiv əlavələr və 6 ədəd “Ginkgo Biloba” Qidaya bioloji akt əlavələr yükünün ümumilikdə 10 iyun 2024-cü i tarixə orta bazar qiyməti 6567,6 manat müəyyən edilmişdir. Həmin malların ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Araşdırma nəticəsində, X6 ə Respublikasından idxal etdiyi qida əlavələri yükünü 10 iyun 2024-cü tarixli **********9309 sorğu nömrəli gömrük bəyannaməsində faktiki ədəd sayını, 01 ədədinin orta bazar qiymət 23.20 manat olan 238 ədəd az göstərməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 482.2-ci maddəsində qeyd olunan bəyannamədə - heç bir mal-müşayiət sənədində qeyd edilməyən 26 ədəd “Hepanur” qidaya bioloji aktiv əlavələrin 1 ədədini orta bazar qiyməti 34 manat və 6 ədəd “Ginkgo Biloba” Qidaya bioloji aktiv əlavələrin 1 ədədinin orta bazar qiyməti 27 manat olan malları bəyan etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyi müəyyən edmilmişdir. İş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının 01 iyul 2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda əşyaların ümumilikdə 10 iyun 2024-cü il tarixə orta bazar qiyməti 6567.6 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Təhqiqiat Şöbəsi tərəfindən çıxarılmış qərara əsasən ekspert qarşısında təqdim olunmuş qida əlavələrinin orta bazar qiymətinin müəyyən edilməsi sualı qoyulmuşdur. İnternet resurslarından qida əlavələrinin satışını həyata keçirən ticarət şəbəkələrində qiymətlərlə tanış olunmuş və müəyyən etmişdir ki, 1 ədəd “ Alvin Biotin tərkibli bioloji fəallığa malik qida əlavəsi 24 q. 30 kapsul-23.2 manat, 1 ədəd “ Pr. Eldaroğlu Hepanur 39 q. 60 kapsul- 34 manat və 1 ədəd “Ginko Biloba” qida əlavəsi- 27 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Bas Gömrük İdarəsinin “İpək yolu” gömrük postundan daxil olmuş 3-33-1100/029/014628 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən, Türkiyə Respublikasından 99SX823/99ZD823 dövlət nömrə nişanlı yük avtomaşınla, TEF**********634 saylı 24 may 2024-cü il tarixli invoys üzrə daxil olan və həmin fiziki şəxs tərəfindən Bakı Bas Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********9309 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara xx.xx.2024-cü il tarixdə gömrük keçirilən zaman bəyannamə üzrə mənşə ölkəsi Türkiye Respublikası, 1 yerdən ibarət 72 kq Qidaya bioloji aktiv əlavələr “Alvin Biotin içərən takviye edici qıda 3 kapsül” (istehsalçı: X9 İç ve Dış Ticaret A.Ş. 3000 ədəd) – qablaşdırma halında cəmi netto ekisi 72.0 q, brutto cəkisi 220.0 kq mal sayından əlavə 238 ədəd Qidaya bioloji aktiv əlavələr “Alvin Biotin içeren takviye edici qıda 30 kapsül” brutto cəkisi 15.0 kq (istehsalçı: X9 İç ve Dış Ticarət A.Ş) düzgün bəyan edilmədiyi, həmçinin yoxlama zamanı həmin nəqliyyat vaitəsinə gömrük bəyannaməsində və heç bir mal-müşayiət sənədlərində qeyd edilməyən bəyan olunmayan Tükiyə Respublikasında istehsalı olan “Hepanur” Qidaya bioloji aktiv əlavələr netto cəkisi 1.8kq, 26 ədəd (istehsalçı: X9 İç ve Dış Ticaret A.Ş) və Türkiyə Respublikasında istehsalı olan “Ginkgo Biloba” Qidaya bioloji aktiv əlavələr netto cəis 0.22 kq, 6 ədəd (istehsalçı: X9 İç ve Dış Ticarət A.Ş) yük aşkar edildiyindən, X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrinin tərkibinin olmasını nəzərə alaraq hesab edir ki, o, törətmiş olduğu inzibati xətanın daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası həddində müsadirə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olan mallar üzərində “Alvin Biotin tərkibli bioloji fəallığa malik qida əlavəsi 24 qram, 30 kapsul” sözləri yazılmış qida əlavəsi, (238 ədəd), üzərində “ Dr. Eldaroğlu Hepanur 39 qram, 60 kapsul” sözləri yazılmış qida əlavəsi (26 ədəd), üzərində “X10 ağacı yarpağı və ekstraktı tərkibli qida əlavəsi 37.2 qram, 60 kapsul” sözləri yazılmış qida əlavəsi; (06 ədəd) müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar