Məhkəmə qərarları › İş №3(009)-1738/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1738/2021

09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1738/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-1316/21 saylı, 26 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına (VÖEN:**********) 59B30110/59B30210 nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal olunan yükə baxış keçirilmişdir. Baxış zamanı həmin nəqliyyat vasitəsi ilə daxil olmuş yükə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********2584 saylı, 16.06.2021ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin XİF MN üzrə kodunun və təyinatının dəqiqləşdirilməsi zəruriyyəti yaranmış və bu məqsədlə X1 İdarəsinə 1400- 013/004-25/004042 saylı, 19.06.2021-ci il tarixli məktubla müraciət olunduğu, X1 İdarəsindən daxil olan 2200-015/002-25/003039 saylı, 22.06.2021-ci il tarixli cavab məktubuna əsasən 000326 nömrəli invoys sənədinfə qeyd olunan malın “Carbonad Calcium(Dolğu)” adlı, qeyri-üzvi birləşmələrin, kütlə payı 64% olan, kabeller üçün qoruyucu örtüklərin hazırlanmasında və plastik sənayesində istifadə olunan, tərkibində 0,22% Pb(qurğuşun) və 0,93% Ti(titan) birləşmələri əsaslı stabilləşdiricilər, mineral dolğu kimi kalsium karbonatı (CAS 471-34-1) olan, dioktil ftalatla (CAS 117-81-7) plastifikasiya edilmiş, ilkin formada polivinil xlorid (CAS 9002-86-2) olduğu müəyyən edildiyi qeyd edilmişdir. Şəxs MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilən, MGEİ-nin yuxarıda qeyd edilən gömrük ekspertizası rəyinə əsasən XİF MN 3904 22 000 0 kodu altında sinifləşdirilən “Carbonad Calcium(Dolğu)” adlı, qeyri-üzvi birləşmələrin kütlə payı 64% olan, kabeller üçün qoruyucu örtüklərin hazırlanmasında və plastik sənayesində istifadə olunan, tərkibində 0,22% Pb(qurğuşun) və 0,93% Ti(titan) birləşmələri əsaslı stabilləşdiricilər, mineral dolğu kimi kalsium karbonatı (CAS 471-34-1) olan, dioktil ftalatla (CAS 117-81-7) pastifikasiya edilmiş, ilkin formada polivinil xlorid (CAS 9002-86-2) **********2584 sorğu nömrəli 16.06.2021-ci il tarixli gömrük bəyannaməsində qeyd olunan Kalsium Karbonatın (Dolğu Ağ) təsvirinə uyğun olub-olmaması və mal həmin olubolmamasını müəyyən etmək üçün tərəflərindən 1400-013/004-25/004314 saylı 30.06.2021-ci il tarixli məktubla X1 İdarəsinə müraciət olunmuş, adı qeyd olunan İdarədən daxil olmuş 2200-015/002-25/003353 saylı 06.07.2021-ci il tarixli cavab məktubuna əsasən obyekt tərkibində plastifikator, dolğular, rəngləyici piqmentlər, durulaşdırıcılar və müxtəlif əlavələr saxlayan, mikrosuspenziya və emulsiya üsulu ilə polimerləşmə texnologiyasına əsasən alınan polivinil xlorid (PVC) olub XİF MN üzrə 3904 mal mövqeyinin əsas qaydalarının şərhinə istinadən 3904 22 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi qeyd edilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5587 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş İİR-sı istehsalı olan, üzərində markalanma göstəriciləri olmayan, polietilen kisələrə qablaşdırılmış, kiçik dairəvi (qranula) formalı, ağ rəngli “PVC” xam malın 1 tonunun 16.06.2021-ci il tarixə orta bazar qiyməti təxminən 1700,00 manat, 27,502 tonun (27502 kq) qiyməti isə 46753,40 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 59B30110/59B30210 nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal etdiyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5587 nömrəli 17.08.2021-ci il tarixli ekspert rəyinə əsasən orta bazar qiyməti 46753,40 manat olan İİR-sı istehsalı olan, üzərində markalanma göstəricisi olmayan, polietilen kisələrə qablaşdırılmış, kiçik dairəvi (qranula) formalı, ağ rəngli “PVC” xam malını gömrük orqanına **********2584 sorğu nömrəli, 16.06.2021-ci il tarixli gömrük bəyannaməsi ilə “Kalsium Karbonat dolğu” adı ilə düzgün bəyan etməyərək, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan 46.753,40 manat valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 14.026 (on dörd min iyirmi altı) manat məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 46.753,40 manat valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 14.026 (on dörd min iyirmi altı) manat məbləğində cərimə edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 200 (iki yüz) manat Şəxs MMC-dən tutulsun. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar